Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanı

Xəbərlər

18.04.2018

Hisslərini belə ifadə edirlər...

Günü-gündən dəyişən dünyamızda xilaskarlıq missiyasını da layiqincə yerinə yetirən polislərimizə hər gün, hər an daha çox ehtiyac duyuruq. Sabitliyin hökm sürdüyü ölkəmizdə polisin fəaliyyətini soydaşlarımızla yanaşı, ölkəmizə gələn turistlər, burada çalışan əcnəbilər də təqdir edirlər.

Yaşamaq, qurub-yaratmaq üçün yaradılan şəraitin inkişafa səbəb olması danılmazdır. Ölkəmizdə insanların hüquq və azadlıqlarını qorumaq dövlətin bütün qurumlarının təməl prinsipidir, xüsusən də sabitliyin, asayişin qoruyucularından olan polisimizin.

Polis-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi, müraciətlərə həssaslıqla yanaşılması da daxili işlər orqanları əməkdaşlarının xidməti fəaliyyətinin əsas istiqamətlərindəndir.
Daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı hər gün ayrı-ayrı vətəndaşlardan çoxsaylı təşəkkür məktubları daxil olur. Bir neçəsi ilə sizi də tanış edirik.

Bakı şəhər sakinləri Yeganə Əkbərova, Kənan Hüseynov, Ələkbər Abdullayev və Çingiz Əkbərov şikayət ərizələrinə tez bir zamanda baxılaraq, problemlərin həllini tapdığına görə minnətdarlıq edirlər.
Gəncə şəhər sakini Vüqar Zeynalov və Kürdəmir rayon sakini Laçın Cabbarov məktublarında ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə polisin rolunu yüksək dəyərləndirirlər.

Bakı şəhər sakini Surə Ağayeva və Ağcabədi rayon sakini Cavid Zülfəliyev baş vermiş oğurluq hadisəsinin üstünün qısa müddətdə açılmasına görə razılıq edirlər.
Bakı şəhər sakini Hüsniyyə Şirinova isə hüquqlarının qorunmasında ona göstərilən köməyə görə minnətdarlığını bildirir.

Astara rayon sakini Rahim Musayev məktubunda əlil bacısına yaşadığı ünvanda səyyar xidmət göstərərək şəxsiyyət vəsiqəsi verildiyinə, paytaxt sakini Gülzarə Məmmədova qızıl-zinət əşyasını alıb qaçan soyğuncunun qısa müddətdə tapılaraq istintaqa təhvil verilməsinə görə təşəkkür edirlər.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər