Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanı

Xəbərlər

19.04.2018

BU SAHƏYƏ DƏ CİDDİ DİQQƏT YETİRİLİR

Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.

Bu işin daha da sürətləndirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə 2018-ci ilin 3 ayı ərzində Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin, şəhər və rayonların polis idarə və şöbələrinin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə 2072 səyyar xidmət keçirilib.

Səyyar xidmətlər zamanı şəxsiyyət vəsiqələri almaq və ya etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə ümumilikdə 90502 vətəndaşın, o cümlədən yaşı 16-dan aşağı olan 10644 nəfərin sənədləri icraya qəbul edilərək yeni şəxsiyyət vəsiqələri ilə təmin edilib.

Belə tədbirlər zamanı əlil və fiziki qüsurlu insanlar da diqqətdən kənarda qalmayıblar. Polis əməkdaşları ən ucqar kəndlərdə belə onların yaşadıqları ünvanlara gedərək, yeni şəxsiyyət vəsiqəsi ilə təmin etmək üçün müvafiq sənədlərini toplayıblar.

Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi məqsədilə mütəmadi şəkildə təşkil olunan belə tədbirlər respublikamızın bütün bölgələrində davam etdirilir.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər