Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanı

Xəbərlər

23.04.2018

Azərbaycan Polisinin 100 illik yubileyi

DİN-in əmri ilə Azərbaycan Polisinin 100 illik yubileyi ilə əlaqədar martın 15-dən aprelin 30-dək daxili işlər orqanlarının əməkdaşları arasında «Ən yaxşı polis sahə inspektoru», «Ən yaxşı polis sahə rəisi», «Ən yaxşı əməliyyat müvəkkili», «Ən yaxşı təhqiqatçı», «Ən yaxşı müstəntiq», «Ən yaxşı tağım komandiri», «Ən yaxşı polis nəfəri» müsabiqəsi keçirilir.

Nazirliyin orqan və hissələrinin rəisləri, nizami polis hissələrinin komandirləri xidmətdə fərqlənən, qüvvədə intizam tənbehi olmayan, aidiyyatı nominasiyalar üzrə yüksək peşə hazırlığına və xidmət sahəsi üzrə azı 3 il ümumi staja malik əməkdaşlar arasından ən layiqlisini seçib, onun barəsindəki xasiyyətnaməni xidməti, döyüş və fiziki hazırlıq göstəricilərini əks etdirən rəylə birlikdə Mərkəzi Müsabiqə Komissiyasına təqdim olunması üçün Baş Kadrlar İdarəsinə göndərməlidirlər.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər