Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanı

Xəbərlər

30.04.2018

Süni intellekt

«Süni intellekt sistemləri 10-15 il sonra insanı əvəz edəcək». Bunu Qabaqcıl Tədqiqatlar Fondunun informasiya araşdırmaları istiqamətinin direktoru Serqey Qarbuk bildirib. “Alim artıq məsələlərin həllinin effektivliyi üzrə insandan geri qalmayan süni intellekt sistemlərinin (məsələn, sifətin və insan səsinin tanınması) yaradıldığını söyləyib.

Almaniyanın Passau Universitetində mürəkkəb intellektual sistemlər kafedrasının rəhbəri Born Şuller süni intellektin 10 il sonra şeir yaza biləcəyini qeyd edib.

Beynində… diş
Türkiyənin Sinop şəhər sakini 26 ildir ki, beynindəki dişlə yaşayır.
Dəniz Mizraqlı adlı musiqiçi 4 il əvvəl səhhəti ilə bağlı xəstəxanaya müraciət edərkən beynində bir şiş və diş olduğu məlum olub. Şiş əməliyyatla götürülsə də, diş hələ də qalmaqdadır. Buna səbəb həkimlərin beyindəki dişin götürülməsindən sonra yaranan fəsadlardan ehtiyat etmələridir. Belə ki, hələ ana rəhmindəykən D.Mizraqlının beynində əmələ gələn dişin əməliyyatla xaric edilməsi nəticəsində gəncin görmə, danışma və hərəkət etmədən məhrum olma təhlükəsi var.
Şişin xaric edilməsindən sonra özünü yaxşı hiss etdiyini deyən musiqiçi risk səbəbindən dişin götürülməsinə etiraz edib.

“Ağıllı fırça ”
İsveçin “FOREO” şirkətinin süni intellektlə təchiz edilən diş fırçası satışa çıxarılıb. “ISSALEXA” adlandırılan fırça dişləri təmizləməklə yanaşı, bir sıra əlavə faydalı funksiyalara malikdir. Belə ki, dişləri təmizləyərkən ağız suyunun tərkibini tədqiq edir. Onun tərkibində stres hormonunun miqdarı yüksəlibsə, qurğu öz sahibi ilə söhbət etməyə başlayır. Bundan başqa, “ağıllı fırça” sahibinə dişlərini vaxtında təmizləməyi xatırladır.
Su keçirməyən səthə malik olan fırça USB vasitəsilə enerji toplayır. İstehsalçılar bildiriblər ki, bir dəfəyə toplanan enerji 365 gün istifadə üçün kifayət edir.
Robot-rəssam

İtaliyanın “Carlo Ratti Associati” şirkəti avtonom rejimdə şaquli divarlara şəkil çəkən robot-rəssam təqdim edib. Bu qurğu alıcıları cəlb edə bilməyən uçan dron-rəssamı əvəzləmək üçündür.
“Scribit” son dərəcə sadə və təhlükəsizdir. Bu, iki kabel vasitəsilə adi çərçivəyə və ya birbaşa divara asılan kiçik alüminium platformasıdır. Robot divarın səthində koordinatlar üzrə hərəkət edərək müxtəlif şəkillər çəkir.

Robotun daxilində müxtəlif rəngli dörd marker və səhvlərin silinməsi üçün rezin yerləşdirilib. “Scribit” smartfona yüklənmiş xüsusi proqram vasitəsilə idarə olunur. İstifadəçi robotun nəyi çəkməli olduğunu və onun təsvirin hüdudlarından kənara çıxmaması üçün şəklin parametrlərini təyin etməlidir.
SİRLİ KİTABXANA

Hindistanın ən məşhur kitabxanalarından olan "Palma Yarpağı”nda min illər əvvəl qurudulmuş və üzərində müxtəlif yazılar olan palma yarpaqları var.
Kitabxananın məşhur olmasının əsl səbəbi isə yarpaqların üzərindəki əl yazılarıdır. Deyilənə görə, yarpaqların üzərində heç vaxt Hindistana getməyənlərin belə taleyi yazılıb. İddiaya görə, sizdən öncə barmaq iziniz Hindistana getmiş ola bilər.
Bəs, bu necə mümkündür?

Dünyadakı hər insanın taleyini 5 və ya 7 min il əvvəl "Bhrigu" adlı bir müdrik astroloji qanunlara görə palma yarpaqlarına yazıb. Bu yarpaqların üzərindəki yazılar sayəsində insanların doğum tarixini, anasının və atasının adını, təlim-təhsil vəziyyətini, peşəsini və gələcəkdə nələr yaşayacağını oxumaq mümkündür. Eni 6, uzunluğu isə 48 santimetr olan palma yarpaqlarının üzərindəki yazılar tamil dilindədir. Bitişik şəkildə yazılmış və dəstə formasında kitabça halına gətirilmiş bu yazıları adi gözlə oxumaq, demək olar ki, qeyri-mümkündür.

Bir dəstə təxminən 50-60 yarpaqdan ibarətdir və hər bir yarpaq fərqli bir adama aiddir. Kitabxanada sizə aid olan yarpağı tapmaq üçün, qadınsınızsa sol, kişisinizsə sağ barmağınızın izi alınır. Dünyadakı hər insanın fərqli barmaq izi olmasına baxmayaraq, buradakı barmaq izləri 108 tipdə təsnif edilib. Barmaq iziniz alındıqdan sonra, sizə ən uyğun olan 2 və ya 3 dəstə gətirirlər. Yarpaqların kimə aid olduğunu və kimin üçün yazıldığını tapmaq üçün yarpaq üzərindəki bir bölüm oxunaraq doğru adamla uyğunlaşdırılır.
Yarpaqların hər birinin içərisində 10-15 element var. Öz yarpağını axtaran şəxs, əgər bu elementlərin hamısına 'bəli' deyərsə, uyğunlaşma tamamlanır. Uyğunlaşma tamamlansa da yarpaqlardakı yazıları oxumaq o qədər asan olmur. Çünki əski tamilcədir və hərflərdən çox müəyyən məna bildirən simvollardan istifadə edilib. Bu simvolların hər birinin ən doğru mənasını bilən professional oxucular tapmaq lazım gəlir.
Palma yarpaqlarının əsl məqsədi, təkcə tale haqqında məlumat vermək deyil, eyni zamanda insanlara daha yaxşı gələcək həyat üçün kömək etməkdir.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər