Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

09.05.2018

Bu həsrət bitməz, gedər

Mən İkinci Dünya müharibəsi haqqında ancaq kitablardan oxuyub, böyüklərin danışdıqlarından eşitmiş, kinofilmlərdən izləmişəm. Hər dəfə müharibədən söhbət düşəndə babamın dodaqlarının titrədiyini, gözlərini yol çəkən, nisgilli görmüşəm. Hər dəfə müharibədən söhbət düşəndə babamın dodaqlarının titrədiyini, gözlərini yol çəkən, nisgilli görmüşəm. Bir gün ondan səbəbini soruşdum. Və yalnız onda bildim ki, böyük babamın atası müharibədə həlak olub.

Bu müharibə bir çoxları kimi onun da uşaqlığını yetim qoyub. Ailənin ağır yükü onun körpə çiyinlərinə düşüb. Bu əzabı, ağrını ürəyində gəzdirib və bu nisgil ömrünün sonunadək onunla birgə yaşayıb...
Sonradan ana babamın da qardaşlarının müharibədə həlak olduqlarını öyrəndim... Müharibəyə gedən 700 mindən çox həmvətənlimizin 300 mini geri qayıtmayıb...

1945-ci il mayın 8-dən 9-na keçən gecə faşist Almaniyası məğlubiyyətinə imza atıb və bununla da hər il mayın 9-u Qələbə günü kimi qeyd olunur.
Ümummilli liderimiz Heydər Əliyev tərəfindən Qələbə bayramına həmişə xüsusi önəm verilib və hər il həmin gün Azərbaycanda da böyük təntənə ilə qeyd edilir.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər