Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

12.05.2018

Tariximizdə parlaq iz qoydu

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar respublikamızın hər yerində, eləcə də dünyanın müxtlif məkanlarında silsilə tədbirlər və anım mərasimləri keçirilir. Belə tədbirlərdən biri də Nizami Rayon Polis İdarəsində təşkil olunmuşdu.

Əvvəlcə Ulu öndərin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edildi.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən idarənin rəisi, polis polkovniki Ədalət Abbasov ümummilli liderin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışdı. Bildirdi ki, o çağdaş Azərbaycanın tarixinin yönünü və məzmununu müəyyən etməklə zamanın fövqünə yüksəlib, əbədiyyət qazanıb. O, xalqının taleyində dönüş yaradaraq ölkəsini tənəzzüldən tərəqqiyə qovuşdurub.

Qeyd olundu ki, ulu öndərin Azərbaycan xalqına göstərdiyi xidmətlər o qədər böyük və əhəmiyyətlidir ki, onun qiyməti və çəkisi zaman keçdikcə daha aydın görünəcək. Ümummilli liderimiz öz ali liderlik keyfiyyətləri ilə dünyanın siyasi elitasının ən uca zirvəsində qərarlaşan nəhəng şəxsiyyət idi. O, ömrünün müdriklik zirvəsində, həm də bütöv bir xalqın tarixinin ən parlaq səhifəsini imzalamışdı. Heydər Əliyev xalqa və vətənə sonsuz sevgisi, dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafının uzunömürlüyünü təmin edən təkmil irs, siyasi məktəb miras qoyub. Bütün mənalı ömrünü öz Vətəninin inkişafına sərf edən ulu öndər Azərbaycanı dünyaya tanıtdırıb, xalqımızın xoşbəxt gələcəyi üçün etibarlı bünövrə yaradıb.

Sonra tədbirdə çıxış edən CAŞ-nin rəisi, polis polkovnik-leytenantı Firdovsi Hüseynəliyev, TİQ-nun baş inspektoru, polis mayoru Rəhman İsmayılov, Veteranlar Şürasının üzvü Firdovsi Bayramov ulu öndərin daxili işlər orqanlarının inkişafı, şəxsi heyətin sosial vəziyyətinin yüksəldilməsi üçün göstərdiyi işlərdən minnətdarlıq hissilə danışıblar.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər