Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

15.05.2018

Gəncliyimiz, gələcəyimiz naminə

Gəncliyin fiziki və mənəvi sağlamlığında ciddi fəsadlar yaradan narkomaniyanın, erkən nikahların yolverilməzliyi və dini radikalizmin qarşısının alınması mövzusunda polisin keçirdiyi maarifləndirici tədbirlər artıq ənənə halını alıb.

Bu günlərdə Tovuzun Yuxarı Öysüzlü kənd tam orta məktəbində Polis Şöbəsi Rayon Ağsaqqallar Şurası  ilə birgə “Erkən nikah və dini radikalizmə qarşı mübarizə” mövzusunda görüş keçirib. 

Tədbirdə çıxış edənlər erkən nikahların doğurduğu problemlər və fəsadlar barədə danışaraq, belə halların çox zaman savadsızlıq və cəhalətdən qaynaqlandığını vurğulayıblar. Cəmiyyətin və onun gəncliyinin sağlamlığının dövlətimiz üçün ən vacib amil olduğu diqqətə çatdırılıb.

 Məktəb, valideyn  və polis həmrəyliyinin, yeniyetmələrin təhsilə, elmə, idmana olan həvəsinin düzgün istiqamətləndirilməsinin onların pis vərdişlərdən uzaqlaşdırmağın ən səmərəli yolu olduğu bildirilib.
Qeyd edilib ki, davamlı olaraq, keçirilən belə maarifləndirici tədbirlər gənclər arasında sağlam həyat tərzinin təbliği işini daha da yaxşılaşdırmaq, radikal dini təriqətlərə meyillərin artmasının qarşısını almaq, habelə erkən nikahın yaratdığı problemlər barədə gəncləri geniş məlumatlandırmaq məqsədi daşıyır.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər