Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

16.05.2018

Daha bir yubiley ənənəsi

Ümummilli liderimizin 95 illik yubileyi ilə əlaqədar  xidməti çoxnövçülük üzrə keçirilən yarışlarda  ərazi polis orqanları və nizami hissələrinin idmançı əməkdaşları təmsil olunublar. Onlar 100 və 1000 metr məsafələrə qaçış üzrə güc, dözüm nümayiş etdirərək çevikliklərini sınayıblar.

Yarışda Qubadlı RPŞ İctimai təhlükəsizlik bölməsinin əməkdaşı, polis kiçik serjantı Bəşir Şirinli 100 metr məsafəyə  qaçışda 1-ci, PPX tağımından polis nəfəri, polis serjantı İsmayıl Hüsyenov isə 1000 metr məsafəyə qaçışda 2-ci yeri tutublar.

DİN-in Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbdə də yubileylə əlaqədar 100 və 1000 metr məsafədə qaçış və turnikdən dartınma üzrə yarış keçirilib.

Yüz metr məsafədə qaçış üzrə Xanəli Mehdili, Elnur Cabbarlı, Mərhəmət Nəsibli, İsrafil Vəliyev qalib olublar. Yarışın proqramına daxil olan sonuncu hərəkətdə Xanəli  Mehdili, Alı Əlizadə, Elbəy Əlizadə  və turnikdən dartınma yarışında Şəmistan İsmayılov, Rəsul Rəsulov, Samir  Babayev qalib olublar.

Yarışın sonunda qaliblər mükafatlandırılıb.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər