Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

21.05.2018

Müsəlman şərqində ilk respublika

Noyabrın 16-da Milli Şura beş aylıq fasilədən sonra ye¬ni¬¬dən fəaliyyətə başladı. Azərbaycan hökuməti təhrikçi hü¬cum¬¬lara baxmayaraq, dövlət quruculuğu işini davam etdirir, par¬¬lamentin açılışına hazırlaşırdı. Parlament açılanadək onun funk¬siyasını Milli Şura yerinə yetirirdi. Parlamentin əsas özə¬yi¬ni keçmiş Milli Şuranın 44 üzvü təşkil edirdi. Daha 36 de¬putat isə keçmiş milli komitələrin xətti ilə şəhər və qəzalarda seçilmişdi. Azərbaycan parlamenti 120 deputatdan ibarət ol¬ma¬lı, milli tərkibə uyğun olaraq, 80 yer azərbaycanlılara, 21 yer ermənilərə, 10 yer ruslara verilməli idi. Yəhudi, alman, gürcü və polyak icmasının hərəsi üçün 1 yer, Həm¬kar¬lar İttifaqı Şurası və Neft Sənayeçiləri İttifaqı üçün 3 yer nəzər¬də tutulmuşdu. Respublika ərazisində yaşayan bütün xalqların və hər iki cins¬dən olan vətəndaşların seçki hüququ təsbit edil¬di. Azər¬baycan bü¬tün Şərqdə qadınlara seçki hüququ ve¬rən ilk dövlət oldu.

1918-ci il dekabrın 7-də Azərbaycan parlamenti tən¬tə¬¬nəli iclasla açıldı. F.X.Xoyski hakimiyyəti parlamentə təh¬vil ver¬di. Ciddi müzakirələrdən sonra Türkiyədə danı¬şıqlar apa¬ran Ə.M.Topçubaşov parlamentin sədri, H.Ağa¬yev səd-rin birinci müavini, R.Vəkilov isə katib seçildilər. Par¬la¬men¬tin qarşısında du¬ran mühüm vəzifələrdən biri yeni höku¬mə¬ti təşkil etmək idi. Hökumətin təşkili yenidən F.X.Xoy¬ski¬yə tapşırıldı. Dekabrın 26-da hökumətin tərkibi elan edildi. Koalisyon hökumətin tər¬kibində 3 nəfər rus var idi, ermənilər isə onlara təklif olunan 2 nazir kürsüsündən imtina etdilər.

Yeni hökumətin təşkilindən iki gün sonra dekabrın 28-də müttəfiqlərin Bakıdakı nümayəndəsi general V.Tomson elan et¬di ki, F.X.Xoyskinin başçılığı ilə yaradılmış Azərbaycan hö¬ku¬mətini yeganə qanuni hakimiyyət orqanı hesab edir. Ge¬ne¬ral V.Tomsonun rus Milli Şurasına Azərbaycan hökumətini tanı¬maq təklifi bu qurum tərəfindən qəbul edilmədi.

Biçeraxovun dəstəsinin dövlət çevrilişi cəhdinin üstü açıl¬¬dıqdan sonra Azərbaycan hökumətinin tələbi ilə general V.Tom¬¬son «Qafqaz-Xəzər» hökumətini qanundan kənar elan edib, 48 saat müddətində Bakıdan uzaqlaşdırdı, daha sonra isə erməni hərbi hissələri tərksilah edilib buraxıldı.
Beləliklə, 1918-ci ilin dekabrından etibarən ingilis ko¬man¬¬danlığı Bakıda qoyulan məhdudiyyətləri tədricən azalt¬ma¬ğa başladı: Azərbaycan polisi, su nəqliyyatı və neft sənayesi, ma¬liyyə idarələri, mətbuat üzərində nəzarət ləğv olundu. 1919-cu ilin aprelində Bakıda ingilis general-quber¬na¬tor¬lu¬ğu¬nun ləğvi ilə əlaqədar Gəncədə təşkil olunmuş ilk Azərbaycan ala¬yı paytaxta daxil oldu və xalq onu təntənə ilə qarşıladı.

1919-cu ilin aprelindən başlayaraq, ingilislər Paris sülh konfransının şərtlərinə uyğun olaraq, Qafqazı tərk etməyə baş¬la¬dılar və bu proses avqustun ortalarında başa çatdı. Azər¬bay¬can hökuməti ingilis müdaxiləsi qarşısında nəinki öz varlığını qo¬ruya bildi, həm də ingilis komandanlığını şəhərin idarə¬çi¬li¬yin¬dən uzaqlaşdırmağa nail oldu. Lakin ingilislərin Bakını tərk etməsi, bir tərəfdən Azərbaycanın müstəqilliyini möhkəm¬lən¬dirirdisə, digər tərəfdən Sovet Rusiyasının keçmiş imperiyanı əv¬vəlki sərhədlər çərçivəsində bərpa etmək istəyini sürət¬lən¬dir¬di. Qafqazda yaranmış müstəqil dövlətlər arasında mövcud olan ziddiyyətlər, ilk növbədə ərazi-sərhəd məsələlərindəki zid¬diyyətlər xarici təhlükəni reallaşdırırdı.

1919-cu il aprelin 25-də Tiflisdə Azərbaycan, Dağıstan, Gür¬cüstan və Ermənistan nümayəndələrinin iştirakı ilə Qafqaz konf¬ransı işə başladı. Konfransda siyasi, iqtisadi və maliyyə mə¬¬sələləri, eləcə də sərhəd problemləri müzakirə olundu. Konf¬ransın gedişində bu ölkələr arasında ərazi-sərhəd məsə¬lə¬lə-ri ilə bağlı kəskin ziddiyyətlərin mövcud olması məlum ol¬du. Keçmiş çar generalı Denikinin könüllü ordusunun Dağıs¬ta¬na hücumu ilə konfrans öz işini dayandırmağa məcbur oldu.
«Vahid və bölünməz Rusiya» sərhədlərini bərpa etmək id¬¬diasında olan Denikin 1919-cu ilin yazında Dağıstan Dağlılar Res¬¬publikasına soxularaq Dərbəndi işğal etdi. Çar generalının Azər¬¬baycana təcavüzkar niyyətdə olduğu aşkara çıxdı. Parla¬men¬tin fövqəladə iclasında qəbul olunmuş qərara əsasən, sər-həd¬¬lərin təhlükəsizliyini təmin etmək məqsədilə Dövlət Mü¬da¬fiə Komitəsi yaradıldı və bütün hakimiyyət onun ixtiyarına keç¬di.

Denikin təhlükəsi Gürcüstanı da ciddi narahat etdi¬yin¬dən iyunun 16-da Gürcüstanla Azərbaycan arasında hərbi mü¬¬da¬fiə paktı imzalandı. Bu pakta görə Azərbaycan və Gür¬cüs¬ta¬nın istiqlaliyyətinə və ərazi bütövlüyünə hər hansı dövlət tə¬rə¬¬findən təcavüz olunduğu təqdirdə onlar bir-birinə hərbi yar¬dım göstərməli idilər. Üç il müddətinə bağlanan hərbi pakta Er¬¬mənistan iki həftə ərzində qoşula bilərdi. Lakin Ermənistan De¬¬nikinlə gizli müqavilə imzalamağı daha üstün tutdu. Hərbi pak¬¬ta görə, Azərbaycan Gürcüstandan 12 kiçik top, 12 dağ to¬pu, 24 pulemyot, 3 min beşaçılan tüfəng, 211 qılınc, 795 nizə və s. hərbi ləvazimat aldı.

Birinci Dünya müharibəsi 1918-ci ilin noyabrında başa çat¬¬sa da, onun nəticələrini reallaşdırmaq uzun bir vaxt tələb edir¬di. Qalib dövlətlər müharibədən sonrakı dünyanın vacib mə¬¬sələlərini həll etmək üçün Parisdə beynəlxalq sülh konf¬ran¬sının çağırılmasına qərar verdilər.
Azərbaycan parlamenti Paris sülh konfransında iştirak et¬mək üçün tam səlahiyyətli və geniş hüquqlara malik nü¬ma¬yəndə heyəti göndərmək haqqında qərar qəbul etdi. Nüma¬yəndə heyətinə rəhbərlik parlamentin sədri Ə.M.Topçubaşova tapşırıldı. Azərbaycan nümayəndə heyətinin Paris sülh konf-ran¬sında iştirak etməkdə əsas məqsədi dünya dövlətləri tərə¬fin¬dən Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasına nail ol¬maq idi. Konfransda iştirak etmək üçün 1919-cu ilin yan¬va¬rın¬dan icazə gözləyən Azərbaycan nümayəndə heyəti üç aylıq gər¬gin diplomatik-siyasi mübarizədən sonra ingilislərin kömə¬yi ilə mayın əvvəllərində Parisə gedib çıxa bildi. Mayın 28-də Azərbaycan nümayəndə heyətini ABŞ prezidenti V.Vilson qə¬bul etdi. Vilsona təqdim edilmiş memorandumda Azərbaycan respublikasının yaranma tarixi, onun bir ildə azadlıq yolunda ver¬¬diyi qurbanlardan bəhs olunurdu. Memorandumda göstə¬ri¬lir¬di ki, bu mübarizədə Azərbaycanın iki şəhəri və 500 kəndi da¬ğıdılmış, 150 min nəfərə qədər sakini qurban getmişdir. Tək¬cə İrəvan quberniyasında qısa bir müddət ərzində 200 mü¬səl¬man kəndi yandırılmış və 200 min nəfər müsəlman evsiz-eşik-siz qalmışdır. ABŞ prezidentindən Azərbaycan istiqla¬liy¬yə¬tinin tanınması, Vilson prinsiplərinin (1. Hər bir millət xa¬rak¬terindəki intellektual və mənəvi-dini xüsusiyyətlərinə görə se¬çilməlidir; 2. Hər bir millət öz taleyini müəyyən etməyə qa¬dir olduğunu göstərməlidir; 3. O, öz xərclərini ödəmək üçün iq¬tisadi, təbii və maliyyə vasitələrinə malik olmalıdır; 4. O, özünü xarici təcavüzdən qoruya bilməlidir; 5. O, tabe olduğu ölkənin hökumətinin zülmündən əziyyət çəkmiş olmalıdır) Azər¬baycana aid edilməsi, Azərbaycanın Millətlər Cəmiy¬yə¬tinə qəbul edilməsi, ABŞ-ın Azərbaycana hərbi sahədə yardım gös¬tərməsi, ABŞ-la Azərbaycan arasında diplomatik və iqti¬sa¬di əlaqələrin bərqərar edilməsi məsələlərində Azərbaycan nü¬ma¬yəndə heyətinə kömək göstərilməsi xahiş olunurdu. La¬kin ermənipərəst V.Vilson Azərbaycan nümayəndə heyətini so¬yuq qar¬şıladı, nümayəndə heyətinə konfederasiya ideyasını mü¬dafiə etməyi, Millətlər Cəmiyyətinin mandatı ilə böyük döv¬lətlərdən birinin bu konfederasiya üzərində qəyyumluğunu qə¬¬bul etməyi məsləhət gördü. Kon¬fe¬de¬rasiya məsələsinə Azər-baycan və qismən də gürcü nüma¬yən¬də heyəti müsbət ya¬naşırdı. Bu işin reallaşmasına əngəl olan isə erməni nümayən¬də heyətinin pozuculuq fəaliyyəti idi. Er¬mənilər Paris sülh konfransı rəhbərliyindən tələb edirdilər ki, Birinci Dünya mü¬ha¬ribəsinin Antantanın xeyrinə qələbə ilə ba¬şa çatmasında on¬ların böyük xidmətlərini nəzə¬rə alaraq, qalib dövlətlər «Böyük Ermənistan»ın yaradıl¬ma¬sın¬da ermənilərə yardımçı olmalı¬dır¬lar. Guya Qafqazda rus ordu¬su¬nun tərkibində 180 min, Avro¬pa¬¬da isə 15 min erməni kö¬nüllüsü müttəfiqlərin «müqəddəs işi» uğrunda mübarizə apar¬mış¬dır. Ermənilər Türkiyənin 7 şərq vilayəti, İrəvan quber-ni¬yası, Tiflis və Yelizavetpol (Gən¬cə) quberniyalarının cənu¬bu¬nu və Qars torpaqlarından ibarət böyük bir ərazini tələb edir¬di¬lər. Bundan əlavə, ermənilər 19 milyard frank həcmində müha¬ribə təzminatı almaq istə¬dik¬lə¬rini də gizlətmirdilər. Yeri gəl¬miş¬kən, ermənilərin bu əsassız iddialarını Paris, London, xüsu¬si¬lə də Vaşinqton qızğın müda¬fiə edirdi.

Erməni millətçilərinin «Dənizdən-dənizə Böyük Er¬mə¬¬nis¬tan» planına Qərbi Azərbaycan və Naxçıvan tor¬paq¬ları da da¬¬¬xil idi. 1918-ci ilin yazında təkcə Sisiyan maha¬lında 50 min müsəlman ev-eşiyindən qovulmuş, 115 kənd da-ğıdılmış və yandırılmış, 10038 nəfər öldürülmüş və ya¬ra¬lanmışdı. Onlardan 7729 nəfəri (3257 kişi, 2276 qadın və 2196 uşaq) məhv edilmiş, 2309 nəfəri isə (1060 kişi, 764 qa¬dın və 485 uşaq) şikəst edilmiş, qəzanın azərbaycanlı əha¬lisinə üst-üstə bir milyard manat maddi ziyan dəymişdi.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər