Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanı

Xəbərlər

26.09.2018

Azərbaycan Polisi olacaqlarına and içdilər

Sentyabrın 13-də bu il Polis Akademiyasına qəbul olunmuş və ilkin hərbi hazırlığı başa vurmuş kursantların andiçmə mərasimi keçirilib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.
Daha sonra Polis Akademiyasının bayrağı sıra meydanına gətirildi. Kursantlar and içmək üçün tağımlarla öz yerlərini tutdular.
Kursantlar adından çıxış edən Fərid Rzayev bildirdi ki, bu gün onların həyatında ən əlamətdar günlərdən biridir və bu anlar çətin, məsuliyyətli, həm də çox şərəfli polis sıralarına ilk qədəmlərini qoymaq hüququ qazanan hər bir gənc üçün qürurvericidir.

Valideynlər adından çıxış edən polis veteranı Mirqasım Cəfərov belə təntənəli mərasimlərdə valideynlərin də iştirakının ənənə halını aldığını vurğuladı və dedi ki, bu gün ölkənin ən aparıcı təhsil ocaqlarından biri olan Polis Akademiyasında təhsil almaq həm də yüksək məsuliyyətlidir, peşəkar polis kadrlarının yetişməsi üçün ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanan və DİN-in şəxsi heyətinin həyatında böyük dəyişikliklərlə yadda qalan müvafiq fərman və sərəncamların verilməsi möhtərəm dövlət başçımızın daxili işlər orqanlarına olan ali diqqət və qayğısının göstəricisidir.

Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev kursantları, onların valideynlərini salamladı, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun təbrikini və ən xoş arzularını mərasim iştirakçılarına çatdırdı.
Qeyd olundu ki, ulu öndərin qayğısı ilə inkişaf yoluna çıxan bu təhsil ocağı da ölkə və DİN rəhbərliyinin xüsusi diqqəti və tələbkarlığı sayəsində tərəqqi və dövrünü yaşayır. Akademiyada aparılan geniş abadlıq və quruculuq işləri, həmçinin yeni tədris korpusunun, əlavə dərs və məşğələ otaqlarının tikilməsi, sevindirici haldır. Məhz yaradılan şəraitin nəticəsidir ki, Akademiyanın təmsilçiləri respublika və beynəlxalq səviyyəli bilik və idman yarışlarında uğurlara imza atırlar. Yaradılmış şərait kursantların yaxşı oxumasına, asudə vaxtlarının səmərəli keçməsinə еляъя дя gələcəyimiz olan gəncliyimizin sağlam inkişafına yönəlmişdir.

Diqqətə çatdırıldı ki, təhsil ocağı beynəlxalq əməkdaşlıq sahəsində də nailiyyətlər əldə edir. Bir çox nüfuzlu tədbirlərdə fəal iştirak edən müəllim-professor heyəti kifayət qədər təcrübə əldə etmişdir və bunun nəticəsi olaraq, onlar артыг ekspert qismində müxtəlif ölkələrə dəvət olunurlar.

2018-ci ilin həm ölkəmizin, həm də daxili işlər orqanlarının həyatında yaddqalan bir il olduğunu bildirən Nazim Əliyev bu ilin ölkə başçısının sərəncamı ilə “Cümhuriyyət ili” elan olunduğunu, həmçinin Azərbaycan Polisinin yaradılmasının 100 illiyinin təntənəli şəkildə qeyd edildiyini də keçmişimizə, tariximizə sayğının bariz nümunəsi olduğunu dedi.
Polis general mayoru N.Əliyev əmin olduğunu bildirdi ki, bu gün and içən hər bir gənc öz şəxsi nümunəsi ilə polisin cəmiyyətdəki nüfuzunun daha da artmasına çalışacaq, onun şanlı ənənələrinə layiq olacaq, etimadı və inamı doğruldacaqdır.
Akademiya rəisi kursantlara dövlətə, dövlətçiliyə və xalqa hər zaman sədaqətli olmağı, hüquqi bilikləri incəliklərinə qədər öyrənməyi, öz xələfləri kimi üçrəngli bayrağımızı ucalara qaldırmağı tövsiyə etdi.
Daha sonra tədbir şəxsi heyətin təntənəli keçidi ilə başa çatdı.
Yeri gəlmişkən, o gün daha 150 gənc Polis andı içdi.

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər