Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

20.09.2018

Bir ömürlük xatirə…

Bu gün respublikamızın hər bir guşəsinə səpələnsələr də onları birləşdirən bir ad var-Polis Akademiyasının məzunu. O da adı Akademiyanın, sözün əsl mənasında, tarixinə həkk olan məzunlardandır. Öz bilik və bacarığı, həmçinin ölkə və DİN rəhbərliyinin diqqət və qayğısı ilə gələcəyini quran gənclərimizin sırasında vətənə xidmət etmək, xalqın sədaqətli qulluqçusu olmaq üçün var-gücünü əsirgəmir. Məsuliyyəti, nizam-intizamı ilə özündən sonra gələnlərə nümunədir polis baş leytenantı Zabil Qurbanov.

Редаксийамызын тапшырыьы иля Akademiyanı fərqlənmə ilə bitirənlərin axtarışa çıxdım. Мя беляъя, онларла хидмят башындаъа эюрцшдцм, сющбятляшдим вя йазылар ярсяйя эялди...
“Polis polkovniki Muradəli Babayev təyinatdan sonra məni ilk dəfə qəbul edəndə dedi ki, burada vətəndaş hiss etməməlidir ki, məmurun kabinetinə gəlir. Gərək o, səmimiyyətini görüb səni öz doğması bilsin, üzləşdiyi problemə çarə tapılacağına ümidi, инамы olsun. Gördüyün işlərdə haqqa söykənsən, ədalətli olsan həm öz adını, həm də polisin adını ucaldarsan. O gündən həmin fikirlər mənim həyat devizim olub”.

Zabil Qurbanova ünvanladığım ilk suala cavabı da maraqlı oldu. Vəkil olmaq istəyirmiş. Lakin atasının: “Mən əynimdəki mundiri nə vaxtsa soyunacam, ancaq təəssüf edirəm ki, onu məndən sonra bu ocaqda geyinən olmayacaq” fikrindən sonra söz verib ki, bu yolun davamçısı olsun. Gedəcəyi yolun heç də asan olmayacağını yaxşı bilirdi. XXI əsrin Azərbaycan Polisi həm savadlı olmalıdı, həm də güclü. Qəbul üçün sənədlərini hazırlayanda dostlarından bir neçəsi Akademiyada oxumağın çətin olduğunu desələr də israrlıydı. Ən yüksək balı toplamaq üçün gecəsini-gündüzünə qatdı. Və 648 balla kursant oldu.
“Akademiyada oxumaq çətindir. Amma baxır kimə? Oxumaq istəməyənə, canını əziyyətə verməyənə”...
Ona bu qısa zaman kəsiyində xidmətdə üzləşdiyi çətinliklərlə bağlı sualım isə demək olar ki, cavabsız qaldı: “Çətinliyim yoxdur...”

Haqqında oxuduqlarınızдан онун barəсинdə sizdə müəyyən təəssürat йаранды. Onu bir az da yaxından tanıyaq.
Polis baş leytenantı Z.Qurbanov 1995-ci ildə Bakıda doğulub. 2017-ci ildə DİN-in Polis Akademiyasını bitirib. Hazırda Xətai Rayon Polis İdarəsinin müstəntiqidir.
O, yaxşı bilir ki, müstəntiq üçün nəzəriyyə mütləqdir. Təcrübənin zənginliyi isə vətəndaşlarla ünsiyyətdə, qəbul edilən qərarların təkmilləşməsində mühüm rol oynayır. Yəni nəzəriyyə təcrübəni tamamlayır. Bütün bunlarla yanaşı polis zabiti, müstəntiq ilk növbədə öz hüquqlarını və vəzifələrini dərindən bilməlidir.
Həmkarım qərar qəbul etməkdə tələsmir, əgər icraatında ailə münaqişəsi ilə bağlı sənəd varsa, o zaman polisin barışdırıcı missiyasından çıxış edərək tərəflər arasında barışığa nail olmaq üçün çaba göstərir, tərəfləri maarifləndirir. Söhbət əsnasında dedi ki, bu gün elə ailələr var ki, bir zamanlar boşanmanın bir addımlığında idilər və mənim onlarla fərdi söhbətimdən sonra bu addımı atmaqdan çəkindilər.

Onun peşəmizdən irəli gələn humanistliyi də diqqətimdən yayınmadı: “Bütün bunları ona görə edirəm ki, həmin ailələrdə böyüyən uşaqlar travma yaşamasınlar, valideynlərinin bir anlıq övkəsi səbəbindən bu kimi faktlar onların psixologiyasında, щяйатында ağrılı iz buraxmasın...”
Щəmkarımızın ömür boyu unutmadığı beynində, ruhunda əbədiləşən bir xatirə var. O da əlaçı diplomunu aldığı günün şəkli, tablosudur...

Geriyə Çap et


Faydalı keçidlər
Linklər