Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanı

Xəbərlər

12.09.2018

Hamı sülh istəyir Uşaqlar daha çox

“Beynəlxalq Sülh Günü”. Bu gün hər il ölkəmizdə də sevə-sevə qeyd olunur. Sülh dinlər-dillər arasında heç vaxt sarsılmayan bir körpüdür. Dünyamızı qorumaq üçün sülhə səs verməli, müharibə ocaqlarının alovlanmasının qarşısını almalı, ən ümdəsi, gələcəyimiz olan uşaqlara göylərində hər zaman günəş parıldayan xoşbəxt gələcək ərmağan etməliyik. Ancaq təəssüflər olsun ki, yaşadığımız minillikdə sülh təhlükədədir”…
Bu fikirlər Sumqayıtdakı Qubadlı Rayon Bəhmən Mehdiyev adına 2 saylı məktəbdə sülh aylığına həsr olunmuş tədbirdə səsləndi.

Qonaqları şagirdlərə təqdim edən məktəbin direktoru Yavər Məmmədov bildirdi ki, hər il ənənəvi olaraq, Ombudsmanın çağırışı ilə keçirilən “İnsan hüquqları aylığı” və “Uşaq hüquqları aylığı” ilə yanaşı, “Sülh aylığı” əhalinin hüquqi maarifləndirilməsi işinə mühüm töhfələr verir, insan hüquqları sahəsində müsbət təcrübə formalaşdırır.
21 avqust - 21 sentyabr tarixlərində gerçəkləşən, ənənəvi xarakter daşıyan “Sülh aylığı” əhalinin müxtəlif qrupları arasında hüquq mədəniyyətinin, hüquq düşüncəsinin inkişaf etdirilməsi məqsədini daşımaqla insan hüquqlarının təbliğinə xidmət edir”, -deyən Qubadlı RPŞ-nin rəisi, polis polkovniki Bəhruz Cabbarov bu gün ölkə Prezidenti tərəfindən həyata keçirilən siyasətin əsasını sülhsevər prinsiplərin təşkil etdiyini qeyd etdi.

Vurğulandı ki, bu gün müharibədən əziyyət çəkən Azərbaycan sülhün bərqərar olmasına, münaqişənin beynəlxalq hüququn prinsipləri çərçivəsində həllinə çalışır , dünya dövlətlərini, beynəlxalq təşkilatları bu həqiqətlərə hüquqi qiymət verməyə, sülhə aparan yolda birliyə və əməkdaşlığa dəvət edir.

Şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis mayoru Tural Namazov, xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı İlham Rəsulov və polis leytenantı Rauf Qələndərov çıxışlarında vətənimizin müstəqilliyinin ilk illərində böyük sınaqlarla üzbəüz qaldığını, xüsusən də o çətin dövrdə uşaqların, körpələrin ağrılı-acılı həyatından söhbət açdılar.
Azərbaycan dünyada sülh carçısıdır, lakin işğal olunmuş ərazilərimizi düşməndən azad etmək üçün biz bundan sonra da bütün gücümüzü səfərbər etməliyik ki, həmin torpaqlarda da bayrağımız dalğalansın, himnimiz oxunsun fikri ilə tədbirə yekun vuran polis polkovniki Bəhruz Cabbarov o günün çox da uzaqda olmadığına əminliyini bildirdi.
Sonra məktəblilər insanları sülhə çağıran şeirlər söylədilər.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər