Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

23.09.2018

Bu fənləri Yol Polisləri də bilməlidir

Şəxsi heyətin fiziki hazırlığının daha da artırılması əlbəyaxa döyüş növlərinə daha yaxşı yiyələnmələri məqsədi ilə sentyabrın 10-dan 13-dək daxili işlər orqanlarının Yol Patrul Xidməti əməkdaşları ilə növbəti təlim məşq toplantısı keçirilib.
Ölkəmizin paytaxtında Gəncə, Mingəçevir, Şirvan, Sumqayıt şəhərlərində keçirilən bu toplantılarda silahsız özünü müdafiə və əlbəyaxa döyüş növləri üzrə təlimlərin aparılmasının başlıca prinsipləri açıqlanıb, hər bir polisin müvafiq proqrama yiyələnməsinin əhəmiyyəti nəzərə çatdırılıb.
Sonra şəxsi heyətin həmin fənləri mənimsəmələrinin səviyyəsini yoxlanılması məqsədi ilə təlimdə iştirak edən 191 əməkdaş öz bacarıqlarını nümayiş etdirib.
İdman təlimi bölməsinin rəisi, polis polkovnik-leytenantı Mülayim Xıdırov polis orqanlarında çalışan əməkdaşlarla əlbəyaxa döyüş növləri üzrə təlim məşqləri aparılmasının vacibliyindən danışaraq qeyd edib ki, il ərzində davam edəcək təlim müddətində idman cəmiyyətinin təcrübəli əməkdaşları fiziki hazırlıq məşğələlərinin səmərəsinin artırılması barədə belə tədbirləri davam etdirəcəklər.
Bu tədbirlərin keçirilməsində DİN İdman Cəmiyyətinin əməkdaşları polis polkovniki Firudin Tağıyev, polis polkovnik-leytenantı Mahir Əhmədov, polis mayoru Zaur Məcidov, polis kapitanı Tunc Alişan, polis baş leytenantı Rüstəm Ağamalıyev və polis baş serjantı Hakim Hacıyev xüsusi fəallıq göstəriblər.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər