Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanı

Xəbərlər

27.09.2018

Bu hələ başlanğıcdır...

Bu il DİN-in Polis Akademiyasının tarixinə əlamətdar illərdən biri kimi düşdü. Bir əsr yaşı olan cümhuriyyətimizin 100 yaşlı polisinin yaranması günü burada coşqu ilə qeyd olundu. Həm cümhiuriyyət, həm də məzun gününün sevincini yaşadı gənc leytenantlar.

Bu il 150 nəfər gənc Polis Akademiyasının kursantı adını qazandı. “Döyüşdə” məğlub olanlar isə digər ali məktəbləri seçdilər. Ən ümdəsi, həmin 150 nəfərdən 24-ü 650-dən çox bal topladı, bir nəfər isə daha yüksək nəticə göstərdi- 695 bal toplayaraq akademiya tarixində bir ilkə imza atdı.

Və beləcə kursant Heydər İbrahimovla-“rekordçu” ilə görüşdük. O, 2001-ci ildə Saatlı rayonunun Qaracalar kəndində doğulub. Orta məktəbi əla qiymətlərlə bitirib. Polis olmaq üçün çaba göstərdiyinə hamıdan çox nənəsi sevinib. Nəvəsini polis mundirində bağrına basmaq onun həmişə ən böyük arzusu idi. Elə Heydər də kursant formasında ilk öncə nənəsi ilə qol-boyun oldu.
Yeri gəlmişkən, Heydər qəbul imtahanlarında yüksək nəticə göstərdiyinə görə Prezident təqaüdünə layiq görülüb.
Arzusu bu uğuru davamlı etmək və Polis Akademiyasını da əla qiymətlərlə bitirməkdir.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər