Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

06.11.2018

Yola davam...

Qəribə taleyi var qəzetçilərin. Zamanı bir gün qabaqlayırlar. Amma hərdən dayanıb nəfəslərini dərir, olanları, keçənləri saf-çürük edir və bu zaman dünyaya yeni bir jurnal, kitab gəlir.

Hamısı tarixdir, hər biri günümüzə şahidlik edən, bəzən də fotolarda zaman durduran həmişəyaşar tarix.
Qaya yazılarından, perqamentlərdən üzü bəri bəşərə, onun mədəniyyətinə, mənəviyyatına yoldaşlıq və xidmət edən, sonralar çap, indi elektron, gələcəkdə daha fərqli görünüşdə yaşayacaq yazı pozula, silinə bilməyəcək bir şansa sahibdir.

Mətbəə cəfakeşləri barədə həm də buna görə belə ürəkdən, səmimi yazırıq.
Yeri gəlmişkən, jurnalımızın daha bir sayı dünyaya gəldi.
Oxuyun, bizlər isə onun ömrünə-ömür qatan hər bir insanımızla yenidən görüşənədək yola davam...

Geriyə Çap et


Faydalı keçidlər
Linklər