Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

24.11.2018

“Vəzifəmiz budur-təhlükəsizliyi təmin etmək”

-Kömək edin çantamı qaçırdılar...

Sanki qadının qışqırığına polislər qeybdən gəldilər. Bir anda çantanı zərərçəkmişin əlindən alıb qaçan soyğunçuya çatıb onu zərərsizləşdirdilər. Sonradan PŞ-də hadisə barədə izahat verən həmin xanım onun harayına yetişən polislərin ƏÇPA-nın 5-ci Bölüyünün əməkdaşları olduqlarını öyrəndi.

Verilən gündəlik məlumatlarda bölük əməkdaşlarının cinayətkarlıqla mübarizədə ard-ardaya uğurlara imza atdıqlarını öyrəndik. Həmkarlarımızla tanış olmaq, söhbətləşmək üçün bölüyün xidmət apardığı ünvana yollandıq. Növbətçi zabitə gəlişimin məqsədini deyəndə gülümsədi:

-Onları, biz düzülüşdən-düzülüşə görə bilirik, bütün gün xidməti ərazidə olurlar- dedi.
Bölük komandiri, polis polkovnik-leytenantı Rizvan Zeynalovla mobil telefonla danışıb vədələşdik.
Onunla söhbətimiz xidməti otaqda davam etdi. Dedi ki, Bölüyün şəxsi heyəti Nizami RPİ-nin 24-cü Polis Şöbəsinnin xidməti ərazisinə təhkim olunub. Ərazidə bir neçə böyük ticarət mərkəzi, bazar, iki metrostansiyasının çıxışı, 14 orta məktəb var. Bölüyün şəxsi heyəti cinayətkarlıqla mübarizədə və ictimai asayişin qorunmasında şöbə əməkdaşları ilə çiyin-çiyinə xidmət aparır. Ümümilikdə geridə qoyduğumuz müddət ərzində inzibati hüquq pozmaya görə 2278 nəfər PŞ-nə təhvil verilmişdir. Onlardan 46-sı CAX üzrə, o cümlədən 28-i oğurluq, 16-sı xuliqanlıq, 1-i soyğunçuluq, 1-inarkotiklə bağlıdır. Əməkdaşlarımız rayonda, eləcə də şəhər ərazisində keçirilən kütləvi tədbirlərdə ictimai təhlükəsizliyin təmin edilməsində fəal iştirak edirlər. Saatın pik vaxtlarında avtomobillərin maneəsiz hərəkətini təmin etmək üçün isə DYP əməkdaşlarına kömək edirik.

Polis serjantları İlyas Aşurov, Coşqun Ağayev, Taleh Dadaşov və Elşad Səlimzadənin başqalarına nümunə olduğunu deyən polis polkovnik-leytenantı Rizvan Zeynalovdan özü haqqında da bir neçə kəlmə söyləməsini xahiş etdim.

1971-ci ildə Ağdamda anadan olub. Hərbi xidməti başa vurduqdan sonra vətənə dönən Rizvan torpaqlarımızın işğalçılardan azad olunması üçün gedən ölüm-dirim savaşında iştirak edib. DİO-da xidmətə 1995-cu ildə, Əlahiddə Çevik Polis Alayında başlayıb. Polis Akademiyasını 2004-cü ildə bitirdikdən sonra sahə rəisi kimi xidmət aparıb. Doğma kollektivə 2006-cı ildə qayıdan R.Zeynalov əvvəlcə bölük komandirinin müavini, sonra isə komandir vəzifəsinə irəli çəkilib.

Xidməti uğurlarda nazirliyin, alayın rəhbərliyinin tələbkarlığının, eyni zamanda diqqət və qayğısının başlıca amil olduğunu dedi.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər