Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanı

Xəbərlər

05.12.2018

Nə qızını döy, nə dizini, ağlını işlət...

Evi yığışdırıb bazara getdi. Bəzi şeylərə pulu çatmadı. Qayıdıb yemək hazırladı. İşini bitirib paltar dolabını açdı. Paltosunun cibindən pul götürmək istəyəndə, gördü cibi boşdu. Bütün paltarları yerə töküb bir-bir axtardı, amma bircə manat belə tapmadı...

Şəhla Məmmədova Şəki ŞRPŞ-yə ərizə ilə müraciət edərək yaşadığı mənzildən 6300 manatın oğurlandığını bildirdi. Dərhal əməliyyat-istintaq qrupu yaradıldı və axtarış tədbirlərinə başlanıldı.
Qapı zorla açılmamış, qıfıl, ya da pəncərə cəftəsi sındırılmamışdı. Qadın bu yaxın günlərdə uzağa da getməmişdi. Evinə gələn-gedən məlum idi. Peşəkar polis əməkdaşları məhz bu istiqamətdə işlərini davam etdirdilər...
Gecə yarı idi yatmağa hazırlaşırdı. Elə təzəcə yerinə girmişdi ki, qapı döyüldü. Yaxınlaşıb soruşdu:
- Kimdir?
-Mənəm...
Qapını açdı. Qohumu ilə birgə yeniyetmə qızı da gəlmişdi.
- Bu vaxt hardan gəlirsiz, - soruşdu.
- Qonşuluqda toya gəlmişdik. Gec oldu, fikirləşdik ki, evə gedənəcən səhər açılar. Sizdə qalıb səhər evə gedərik deyə bura gəldik...
Qohumlarına yatmaq üçün yer saldı.
Səhər açılar-açılmaz, qalxıb qonaqlarına süfrə hazırlamağa başladı. Qonaqlar isə geyinib getməyə hazır idilər.
-Çörək yeməmiş hara gedirsiz? – soruşdu.
-Sağ ol, tələsirik, - deyib çıxdılar...
“Qızını döyməyən, dizini döyər”. Amma, görünür, bu sözləri deyən müdrik şiddətə meylli olub. Bu söz bəlkə də məcazi mənada işlənib. Ya elə, ya da belə, həqiqət budur ki, övladına gözəl tərbiyə verib, diqqətdə saxlamayan valideyn sonda dizinə də döyər, başına da...
Şəhla xanımın qohumu kimi...

Geriyə Çap et


Faydalı keçidlər
Linklər