Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

09.12.2018

Xilaskar

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə bağlı DİN-in Polis Akademiyasında da anım mərasimi keçirilib. Əvvəlcə qonaqlar və akademiyanın əməkdaşları ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edərək Polis Akademiyasında ucaldılmış abidəsi önünə əklil qoyublar.

Mərasim ulu öndər Heydər Əliyevin, Azərbaycanın azadlığı uğrunda canlarında keçmiş şəhidlərin və polis əməkdaşlarının xatirəsinin anılması ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan rəis, polis general-mayoru Nazim Əliyev ulu öndərin siyasi fəaliyyəti, dövlət idarəçiliyindəki qətiyyəti, cəsarəti, eləcə də çoxşaxəli fəaliyyəti ilə böyük bir məktəb yaratdığını, zəngin irs qoyduğunu, onun ali hakimiyyətə qayıdışından sonra ölkəmizdə siyasi və iqtisadi sabitliyin bərqərar olduğunu, insan hüquq və azadlıqlarının təminində normativ-hüquqi bazanın yaradıldığını, konstitusiyamızın məhz onun rəhbərliyi ilə hazırlandığını, cinayətkarlığın qarşısının alınması istiqamətində mühüm nəticələr əldə edildiyini qeyd edib.

Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov ulu öndərin Azərbaycan tarixinin öyrənilməsindəki əvəzsiz xidmətlərindən danışaraq onun dilimizin qorunması üçün atdığı addımları, dövlətçiliyimizin siyasi-ideoloji əsaslarını və milli inkişaf konsepsiyasını hələ sovetlər dönəmində yaratdığını, məhz illər sonra həmin konsepsiya əsasında xalqımızın öz həqiqi dövlət müstəqilliyinə qovuşduğunu xüsusi vurğulayıb.
Sonra ulu öndərə həsr olunmuş sənədli film nümayiş olunub.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər