Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanı

Xəbərlər

12.12.2018

O, həmişə bizimlədir

“Heydər Əliyev bizə milli dövlət müstəqilliyimizi yenidən qazandıran, onun qorunması üçün öz ömrünü xalqına bağışlayan, Azərbaycanı dünyada söz sahibinə çevirən zəmanəmizin ən böyük azərbaycanlısıdır” fikri ilə anım tədbirini açıq elan edən DİN-in Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Məktəbinin rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovniki Fuad Əliyevin təklifi ilə ümummili liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Bildirib ki, hakimiyyətə gəldiyi ilk illərdə olduğu kimi, sonrakı dövlərdə də ulu öndərin Azərbaycanın inkişafı, dilimizi, dinimizi və tariximizi qorumaq üçün bu gün də rəğbət hissi ilə xatırlanacaq çox böyük işlərə imza atıb.
Daha sonra çıxış edən polis polkovnik-leytenantı Əfqan Ağayev, polis mayoru Aqşin Əlizadə ulu öndərin gəncliyə olan diqqət və qayğısından söz açıb, ölkəmizin uğurlar əldə etməsində onun misilsiz xidmətlərindən bəhs ediblər.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər