Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanı

Xəbərlər

14.12.2018

Bazara getdi...oğurluğa

Gecə narahat yatmışdı. Səhər alaqaranlıqda ayılıb tavana baxa-baxa fikirləşdi ki, görəsən, haradan bir az pul əldə edə bilər? Etdiyi hərəkələrə görə qohum-əqrabayla əlaqəsi çoxdan kəsilmişdi. Bir daha keçmişini yada saldı. Birinci dəfə yaşadığı məhkumluq həyatını xatırladı. Fikirləşdi ki, daha diqqətli olmalıdır. Elə bu fikirlə də üz tutdu “Bazar” Ticarət Mərkəzinə.

Həmişəki kimi adam əlindən tərpənmək mümkün deyildi. Bir neçə dükana girib özünü alıcı kimi göstərdi, mallara baxıb qiymətlərilə maraqlandı. Birdən gözünə içində daha çox alıcı olanı sataşdı. Düşünmədən geyim mağazasına daxil oldu. Bir neşə paltar seçib geyim otağına növbəyə durdu. Kassaya yaxınlaşanlara bir-bir fikir verirdi. Birdən gözü kassanın yanındakı çantaya sataşdı.

Geyim növbəsi çatanda guya paltarın ölçüsü ilə maraqlanırmış kimi kassirə yaxınlaşdı:
- Bu paltarın bir ölçü böyük olanı var?
- Satıcı paltara baxıb:
- Gözləyin, indi baxaram, – deyib getdi.
- Satıcının uzaqlaşmasından istifadə edərək əlindəki paltarları yerə saldı ki, heç kəsdə şübhə oyatmasın. Əyilib paltarları qaldıranda əl atıb çantadan portmanatı götürdü, paltarları elə kassanın yanındakı piştaxtaya qoyub dükandan çıxdı.

Evə çatan kimi pulları saydı - 1836 manat idi. Həbsxanadan çıxandan ilk dəfə idi ki, belə sevinirdi...
Çantasının ağzının açıq olması az sonra satıcının diqqətini çəkdi. Baxdı və pul qabının çantada olmadığını gördü. Piştaxtadakı paltarları görəndə bir anlıq bayaqkı qadın gözünün önünə gəldi. Paltarlara əl vurmadan mağazadan çıxıb o tərəfə, bu tərəfə boylandı. Qadın çoxdan getmişdi.
Göyçay RPŞ-nin əməkdaşları hadisə yerinə gəlib satıcıyla, ətrafdakılarla xeyli söhbət etdilər. Mağazaya girib-çıxanla da maraqlandılar, bu işdə əvvəllər “təcrübəsi” olanların, necə deyərlər, dosyesi ortaya qoyuldu, kameralar incələndi və budur, onu gördülər...
Şübhəli şəxs qismində axtarılan Zeynəb Bayramovanı tapmaq çətin olmadı. Çünki o, gizlənməyi heç ağlına da gətirməmiş, belə tez tutulacağını güman etməmişdi.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər