Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

17.12.2018

Öndər ömrü...

“Heydər Əliyevin hakimiyyətdə olduğu böyük bir tarixi dövr xalqımızın illərlə həsrətini çəkdiyi dövlət müstəqilliyinin əldə edilməsi, onun azad inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixidir. Ulu öndərin Azərbaycana rəhbərliyinin 30 ilinin az qala üçdə-ikisi sovet dövrünə təsadüf etmişdir. Heydər Əliyev məhz bu illərdə, sovet imperiyasının sərt rejiminə baxmayaraq, Azərbaycanın gələcək müstəqilliyi üçün göstərdiyi misilsiz xidmətləri ilə tarixdə layiqli yerini qazanmışdır”.

Bu fikirlər ulu öndərin Sabunçu Rayon Mühafizə İdarəsində keçirilən anım tədbirində səslənmişdir.
Ümummilli liderin və torpaqlarımız uğrunda şəhid olan oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra tədbiri giriş sözü ilə açan idarənin rəisi, polis polkovniki Əşrəf Allahyarov dünyanın siyasi axarını, nəhəng dövlətlərin maraqlarının çarpazlaşan nöqtələrini çox gözəl bilən Heydər Əliyevin böyük səyləri nəticəsində ölkədə ictimai-siyasi sabitliyin bərpa olunduğunu, bədnam qonşularımız tərəfindən torpaqlarımızın işğalının qarşısının alındığını, Azərbaycanın dünya siyasətində geosiyasi mövqeyini müəyyən edəcək siyasi-iqtisadi konsepsiyanın işlənib-hazırlandığını diqqətə çatdırdı.
Qeyd olundu ki, Heydər Əliyev müstəqil Azərbaycanı siyasi fırtınaların cəngindən alıb, onun strateji mövqelərini bərpa etdi, ona sabit ölkə imici qazandırdı.

Ulu öndərin "Daxili İşlər Nazirliyində işləmək, onun əməkdaşı, zabiti olmaq bir tərəfdən şərəflidir, ikinci tərəfdən də çox məsuliyyətli və əzab-əziyyətlidir" sözlərini yada salan rəis məhz xalqın tələbi ilə ali hakimiyyətə qayıtdıqdan sonra, bütün strukturlarda olduğu kimi, daxili işlər orqanlarında da bir çox əhəmiyyətli, yaddaqalan işlər görüldüyünü, məhz onun səyi nəticəsində insan hüquq və azadlıqlarının qorunmasında əldə olunan nailiyyətləri, polislə vətəndaş arasında olan uçurumun aradan qaldırıldığını xüsusi vurğuladı.

Sonra tarixçi Aytac Adıgözəlova və polis baş leytenantı Yaşar Musayev ulu öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən, ölkəmizin inkişaf və tərəqqisi naminə gərgin əməyindən danışdılar.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər