Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanı

Xəbərlər

01.01.2019

Nazir əsgərlərlə birlikdə nahar etdi

Dekabrın 31-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov Daxili Qoşunların Bakıda yerləşən "N" saylı hərbi hissəsində olub.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə əsgər və zabitləri təbrik edən nazir Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Daxili Qoşunların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini, nəinki paytaxtda, eləcə də regionlarda yerləşən hərbi hissələrdə geniş abadlıq və quruculuq işlərinin aparıldığını, müxtəlif təyinatlı obyektlərin, o cümlədən yeni hərbi şəhərciklərin, əsgər kazarmalarının tikildiyini, zabitlər, gizirlər üçün hər bir şəraitə malik yaşayış komplekslərinin istifadəyə verildiyini nəzərə çatdırıb.

Sonra nazir şəxsi heyətin kazarma-məişət şəraiti, qidalanması, sağlamlıq durumu və təminat-təchizatı ilə yaxından tanış olub, ərazidə aparılan quruculuq-abadlıq işləri ilə maraqlanıb.
Daxili işlər naziri Ramil Usubov və nazir müavini - Daxili Qoşunların komandanı Şahin Məmmədov hərbi hissənin yeməkxanasında bayram süfrəsində əsgərlərlə birlikdə nahar ediblər.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər