Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanı

Xəbərlər

17.01.2019

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

Yanvarın 17-də respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə Baş Narkotiklərlə Mübarizə İdarəsində 2018-ci il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Nazir insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cəmiyyətin mənəvi dəyərlərinə böyük zərbə vuran, bir çox ağır cinayətlərin törədilməsinin əsas səbəblərindən olan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizənin əhəmiyyətini qeyd edib, bu mübarizənin dövlət siyasəti olmaqla ölkə başçısının daim nəzarətində olduğunu vurğulayıb.

Sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində hesabat dövründə görülən işlər, əldə olunan nəticələr və xidməti fəaliyyətdə yol verilən nöqsanlar barədə məruzə ilə çıxış edib.
General-polkovnik Ramil Usubov əməliyyat müşavirəsinə yekun vuraraq, görülən işləri ümumən müsbət dəyərləndirib.

Daxili işlər naziri “Narkotiklərlə mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ilin 16-18 aprel tarixlərində Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamının icrası istiqamətində zəruri tədbirlərin görülməsini də tələb edib, tapşırıq və tövsiyələrini verib.

17 yanvar 2019-cu il

Geriyə Çap et


Faydalı keçidlər
Linklər