Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanı

Xəbərlər

10.02.2019

Həyatimi polislər xilas etdilər

Polis əməkdaşlarının köməksiz vəziyyətdə olan vətəndaşlara necə qayğı və həssaslıqla yanaşdığını sübut etməyə ehtiyac yoxdur. Dəfələrlə bunun şahidi olmuşuq və mütəmadi olaraq, Daxili İşlər Nazirliyinə bu məzmunda yüzlərlə məktub göndərilir.

Belə hadisələrdən biri də fevral ayının 5-də Xaçmaz rayonunun Xudat şəhərində baş verib. Ərazidə avtopatrul xidmətini yerinə yetirən Rayon Polis Şöbəsi Xudat Polis Bölməsinin əməkdaşları, polis serjantları Şahin Qocayev və Nurəddin Həmzəyev şəhər mərkəzində bir nəfərin anidən yerə yıxıldığını görüblər. Bu hal ətrafdakılar arasında çaşqınlığın yaranmasına səbəb olsa da, onlar özlərini itirməyib, dərhal huşsuz vəziyyətdə olan vətəndaşa yaxınlaşıblar. Nəbzini yoxlayanda ürək döyüntülərinin kəskin azaldığını görən polis əməkdaşları vaxt itirmədən ona ilk tibbi yardım göstəriblər. Yalnız bundan sonra həmin şəxsin halı yaxşılığa doğru dəyişib və əməkdaşlar onu dərhal şəhər xəstəxanasına çatdırıblar. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra vətəndaşın səhhəti tamamilə normallaşıb.
Daha sonra polis əməkdaşları onun Xudat şəhər sakini Rəhim Qasımov olduğunu müəyyənləşdirərək ailəsinə məlumat veriblər.

Rəhim Qasımovla görüşəndə cəfakeş polislərimizdən razılığını bildirdi: “Mənim 32 yaşım var. Xoş havalarda şəhəri gəzməkdən həzz alıram. Həmin gün də gəzməyə çıxmışdım. Daha sonra baş verənləri xatırlamıram. Gözlərimi açanda özümü xəstəxanada gördüm. Yanımda dayanan həkim bildirdi ki, polislər vaxında özlərini yetirib, lazımi kömək göstəriblər”.

R.Qasımov artıq evə buraxılıb. Ailəsi Rəhimin həyatını xilas edən Şahin Qocayevə və Nurəddin Həmzəyevə övladlarına həssaslıqla yanaşdıqlarına görə minnətdarlıqlarını bildirirlər.
Polis əməkdaşları isə köməyə ehtiyacı olan hər bir şəxsə kömək əllərini uzatmağı özlərinə insanlıq və vəzifə borcu bildiklərini qeyd edirlər.


Xəyalə Məmmədova,
Nizam Həmidov

Geriyə Çap et


Faydalı keçidlər
Linklər