Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanı

Xəbərlər

15.02.2019

Qonşum dedi bunlari...

“Hər səhər evdən çıxıb işə gedərkən diqqətimi bir məqam cəlb edir. Valideynlər uşaqlarını tez-tələsik məktəbə qoyub uzaqlaşmağa çalışırlar. Lakin avtomobillərin çoxluğu tıxacların yaranmasına səbəb olur. Bu da çətinliklər yaradır. Ancaq sübh tezdən xidmət başında olan Dövlət Yol Patrul Xidmətinin əməkdaşları vətəndaşların getdikləri ünvana vaxtında çatmalarına şərait yaradırlar, nəqliyyatın rahat, maneəsiz hərəkəti üçün funksional vəzifələrini səylə icra edirlər.

Bu işin nə qədər çətin və məsuliyyətli olduğunu anlayıram. Bəzən ərköyün sürücülərə rast gəlirsən. Onlar polisin qanunu tələbinə tabe olmaq istəmir, yol hərəkəti qaydalarını pozur, elə bil avtomobil yarışındakı kimi finişə birinci çatmağa can atırlar. Hələ yerüstü və yeraltı piyada keçidlərindən istifadə etməyib bəzən iki, hətta üç uşaqla yolu icazə verilməyən yerdən keçənləri demirəm. Əslində, onlar bu cür hərəkətləri ilə polis əməkdaşının vəzifə borcunu yerinə yetirməsinə mane olur, qanunları pozur, ətrafdakı vətəndaşların və özünün sağlamlığı üçün təhlükə yaradırlar. Axı, o körpələrin günahı nədir? İş-işdən keçəndən sonra isə, necə deyərlər, sonrakı peşmançılıq fayda vermir”.

Bu sözləri mənə həyətdə dostlarımla söhbət etdiyim zaman yaşlı bir qonşum söylədi. Vətəni, qanunçuluğu, asayişi, hər bir vətəndaşın təhlükəsizliyini, hüquqlarını qorumaq şərəfli bir işdir. Könül istər ki, bu işdə hər bir vətəndaş onlara yaxından kömək, dəstək olsun, qanunlara riayət edək, biri-birimizə nümunə olaq.

Çünki: “Polis, daxili işlər orqanları Azərbaycan dövlətinin əsas sütunlarından, dayaqlarından biridir. Polis Azərbaycan dövlətinə, dövlətçiliyinə xidmət edir. Hər bir Azərbaycan vətəndaşına xidmət edir”.

Ulu öndərimiz deyib bunu...

Teymur Əlizadə,
polis kapitanı

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər