Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanı

Xəbərlər

27.02.2019

Tarix təkrar olunmamalıdır!

DİN-in A.Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbində də Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirildi.

Torpaqlarımız uğrunda şəhid olan oğul və qızlarımızın, həmçinin faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan şəxsi heyətlə iş üz rəis köməkçisi, polis polkovniki Fuad Əliyev erməni miillərçilərinin və onların havadarlarının başımıza gətirdikləri faciələrdən söhbət açdı və tarixi həqiqətləri daha geniş şəkildə təhlil etmək üçün sözü Milli Azərbaycan Tarixi Muzeyinin Silahlar və Bayraqlar Fondunun müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Sevinc Vahabovaya verdi.
Respublkamızda və ölkə hüdudlarından kənarda faciənin 27-ci ildönümü ilə bağlı keçirilən tədbirlərə diqqət çəkən Sevinc Vahabova bildirdi ki, ötən zaman ərzində erməni diasporuna vurulan güclü zərbənin nəticəsidir ki, bu gün dünyada soyqırım deyəndə həm də ilk yada düşən Xocalı olur. İnsanlığa qarşı yönəlmiş bu qətliam, əslində, onu sübut edir ki, zaman-zaman məzlum görkəmi alaraq tarixi Azərbaycan torpaqlarında məskunlaşan ermənilər sonradan ərazi iddiası ilə çıxış etmiş, yerli əhalini kütləvi şəkildə soyqırımlara və deportasiyalara məruz qoymuşlar.

Qeyd olundu ki, 1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirildi və ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında "Erməni vilayəti" adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə geniş miqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki şəhər və kəndləri əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi.

Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasəti daha da genişləndirildi. Qanlı faciəyə diqqət çəkən tarixçi məlum hadisələr barədə təbliğat işinin beynəlxalq müstəvidə aparılmasının əhəmiyytini vurğuladı.
Tədbirə yekun vuran polis polkovniki Fuad Əliyev tarixin təkrar olunmaması üçün birliyimizin, torpaqlarımızı işğaldan azad etmək üçün isə daha güclü orduya sahib olmağımızın, həmçinin gələcək nəsillərə yaşadıqlarımızı aşılamağın vacibliyini bildirdi.

T.Hafiz

Geriyə Çap et


Faydalı keçidlər
Linklər