Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanı

Xəbərlər

11.03.2019

“Mübariz keşikdə” onların da tribunasıdır

Bir müddət öncə Xətai RPİ-nin təşkilatçılığı ilə rayondakı Humanitar Fənlər Liseyinin 10-cu və 11-ci sinif şagirdləri arasında keçirilən yazı müsabiqəsinin qalibi bəlli oldu. Polis tərəfindən təşkil olunan maarifləndirmə tədbirləri barədə şagirdlərin yaradıcı yanaşmasını, hətta, belə deyək, cəsarətli fikirlərini oxumaq, gələcəyə inamımızı daha da artırdı. Şagird dünyagörüşünün məhsulu olan yazılarda onların asayiş keşikçiləri haqqında təsəvvürlərinə də bələd olduq. Zərərli vərdişlərdən, insanı cəmiyyətdən təcrid edən əməllərdən uzaq olub kitabları yaxın dostu, sirdaşı bilən, dünyanın ən mötəbər elm və idman arenalarında bayrağımızı ucaldan gəncliyimizi qorumaq üçün polisin səfərbər olması yazıların ana xəttini təşkil edir.

Şagirdlərimiz haqlı olaraq yazırlar ki, təməlində azərbaycançılıq olan hər bir ideyanın həyata keçirilməsi, dövlətçiliyimizin daha da möhkəmləndilrilməsi naminə ilk baxışdan adi görünən bu kimi müsabiqələrin təşkili Vətənə, dövlətə və xalqa xidmətin bariz nümunəsidir.
Əli yenicə qələm tutan, gördüklərini yazıya alıb bizlərlə bölüşən şagirdlərin müsabiqəyə təqdim etdikləri yazıların içindən bir neçəsi, o cümlədən liseyin 11A sinif şagirdi Bənövşə Məmmədovanın yazısı daha çox diqqətimizi çəkdi. İnanırıq ki, müsabiqədə fərqlənmiş Aysel Ələkbərova, Şəbnəm Mustafazadə, Etibar Rəhimzadə və Rahilə Hüseynova qəbul imtahanlarında da yüksək nəticə göstərəcək, müəllimlərin və valideynlərin inamını, etibarını doğruldacaqlar.

T.Hafiz

Geriyə Çap et


Faydalı keçidlər
Linklər