Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

24.03.2019

Gecə zəngi

Ətrafdakıların köməyi ilə yaralı gənci təcili tibbi maşınla xəstəxanaya çatdırsalar da onun həyatını xilas etmək mümkün olmadı. Bu cinayət barədə dərhal məlumat verildiyindən Lənkəran ŞRPŞ-nin rəisi, polis polkovniki İslam Hümbətovun rəhbərlik etdiyi əməliyyat-istintaq qrupu artıq hadisə yerini incələyirdi.
Çox keçmədi ki, rayonun digər hüquq-mühafizə orqanlarının əməkdaşları da gəldilər. Lazımi araşdırmalar aparıldı, şahidlər dindirildi, meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Şəhər Şöbəsinə göndərildi. Tezliklə həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində ağır cinayəti törətməkdə şübhəli bilinən şəxs həbs olunaraq istintaqa təhvil verildi...
Kompyuterdən, smartfonlardan istifadə etməyən az adam tapılar. İlk dəfələrdən çox cəlbedici olan virtual dünyadan asıllığı yarananlar da var artıq... Texnologiyanın bu son nailiyyətindən süni istifadə etmək cəmiyyətdə müxtəlif problemlərə, ailə faciələrinə də səbəb olur.
Haqqında söhbət açmaq istədiyim qanlı hadisə də sosial şəbəkədən yanlış yararlanmağın nəticəsində törədilib.
... İşdən gec gəlmişdi. Şam yeməyindən sonra televizorun qarşısına keçdi. Yorğunluqdan sevimli verlişini də izləyə bilmədi və elə qoltuqdaca yuxuya getdi.
Həyat yoldaşının telefonuna gələn mesajın səsinə ayılıb ətrafa boylandı:
-Gecənin bu vaxtı kimdir?
Qadın tələsik:
-Qohumlardandı, sən yat,-dedi.
Bu etinasız cavab Rəşadı daha da əsəbləşdirdi. “Bu vaxt nə qohum”, -deyib telefonu onun əlindən aldı. Zənnində yanılmamışdı, yazı müəllifi qohum-filan deyildi. Aysel (şərti) onu sakitləşdirmək istədi:
-Səni boş şeyə görə əsəbləşdirmək istəmirdim, inan, yazanın kim olduğunu bilmirəm...
Mübahisə getdikcə qızışdı. Rəşad həyat yoldaşının telefonu qarışıq əlinə keçəni vurub-sındırdı, haray-həşir saldı. Birdən nə fikirləşdisə, qaynına zəng vurub onu evlərinə çağırdı. Çox keçmədi ki, qaynı gəlib söhbətə qarışdı.
-Heydər, bu nə biabırçılıqdır, bacının etdiklərindən xəbərin var?
-Belə bir məsələnin olması mümkün deyil. Sən bir az sakitləş, görək, neynirik.
-Onda məsələ aydınlaşanacan bacını götür, apar...
Rəşadın qərarında qəti olduğunu anlayan Heydər bu anlaşılmazlığa son qoymağın bircə yolu olmasını bildirdi və cəld hərəkətlə telefonu işlək hala gətirib, ismarıcı gələn şəxsə cavab yazdı: “Hara gəlim?”
Qadından ismarıc alan şəxs cavabı çox gözlətmədi:
-Avtovağzaldayam, Bakıya gedirəm, tez gəl ...
Çingiz Şıxverdiyev

 

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər