Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanı

Xəbərlər

26.03.2019

Həmişəyaşıl Azərbaycan üçün

Sağlığında vətənimizin füsnünkar təbiətinin vurğunu olan, “Bir ağacı kəsən, sanki mənim bir qolumu kəsir”,- deyən xalqımızın ümummilli liderin ölkəmizə rəhbərliyinin bütün dövrlərində ətraf mühitin mühafizəsinə, ekoloji durumun yaxşılaşdırılmasına, yaşıllaşdırmaya önəm vermişdir.
Bu gün əkilən hər bir ağacla bərabər onun arzuları da boy atıb göyərir, vətənimiz başdan-başa cənnətə dönür. Regionlar, Bakımız günün-gündən gözəlləşir, yaşıl örtüyə bürünür.
“Sabitlik adası”nı həm də yaşıl cənnətə çevirmək üçün ölkə rəhbərimizin, birinci vitse prezident Mehriban Əliyevanın necə böyük sevgi ilə ağacəkmə kompaniyalarında, yaşıllaşdırmada həvəslə iştirakının hər birimiz şahidi olmuşuq. Təbiətin yazı qarşıladığı, torpağın oyandığı bu günlərdə “quru boş ərazi qalmasın, ağac əkək, sabahı düşünək” devizi ilə həmkarlarımız da qollarını çırmalayıb ağac əkir, savab qazanırlar.
Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları uzun illərin xeyirxah ənənəsinə sadiq qaldılar. Ətraf mühitin təmizliyi, yaşıllaşdırma, vətənimizin abad, çiçəklənən diyara çevrilməsi naminə bu nəcib işə həmkarlarımızın coşqu ilə qoşulması təbiətə sevginin, ulu öndərimizin ideallarına sadiqliyinin bariz nümunəsidir.
İdarənin həyətində və yaxın ərazidə ağac əkmək üçün şəxsi heyətin hamılıqla səfərbər olması, həm diqqətimizi çəkdi, həm də sevindirdi bizi.
“Ağac həyatın və sağlamlığın təbii sipəridir. Ulularımız əbəs yerə deməyiblər ki, əgər savab qazanmaq, sağlam olmaq istəyirsinizsə ağac əkin. Çünki həyat üçün zəruri olan havanın təmizlənməsi, yağış yağması, iqlimin tənzimlənməsi, digər bütün canlı və bitkilərin qidalanması, böyüməsi ağacdan asılıdır. Əgər fikir vermisinizsə, yaşayış məskənləri salınanda, yaşayış binaları tikiləndə ilk növbədə həmin ərazilərin təbii landşaftına diqqət yetirilir, insanların sağlamlığı üçün nə dərəcədə əlverişli olması nəzərə alınır. İnanıram ki, bu əkdiyimiz ağaclar illər ötdükcə boy atacaq və bizlərdən ən əziz xatirə kimi təbiətin yaşıl qoynunda baş-başa verəcəklər”,- deyərək ilk ağac tingini yerə basdıran rəis müavini, polis polkovnik-leytenantı İlham Rzayev bu nəcib işin gələcəkdə də davamlı olacağını diqqətimizə çatdırdı.
Qeyd olundu ki, bu işdə məqsəd həm də əməkdaşlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməkdir.
Tədbir zamanı 50-dən çox ting əkildi, 100-dən çox ağaca aqrotexniki qaydada qulluq göstərildi, budama və suvarma işləri aparıldı, qoruyucu dirəklər basdırıldı.

T. Hafiz

 

 

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər