Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanı

Xəbərlər

18.03.2019

Azərbaycan Respublikasi Daxili Işlər Orqanlarinin Və Daxili Qoşunlarin Şəxsi Heyətinə

Hörmətli həmkarlar!

Xalqımızın zəngin mənəvi aləmini əks etdirən, insanlarda yüksək əxlaqi keyfiyyətlər formalaşdıran Novruz bayramının dövlət səviyyəsində qeyd olunması ulu öndər Heydər Əliyevin çoxsaylı tarixi xidmətlərindən biri, milli-mənəvi dəyərlərimizə böyük qayğısının və ehtiramının bariz ifadəsidir. Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevin praqmatik dövlət siyasəti sayəsində hərtərəfli inkişaf edən, əhalinin rifah halı günbəgün yüksələn ölkəmizdə bu Novruz da əmin-amanlıq şəraitində, nikbin əhval-ruhiyyə ilə qarşılanır, böyük sevinc hissi ilə qeyd edilir.

Əminəm ki, xalqa, Vətənə, dövlətçiliyə sədaqətli xidməti möhtərəm Prezident tərəfindən hər zaman yüksək qiymətləndirilən daxili işlər orqanlarının əməkdaşları və hərbi qulluqçular quruculuq işlərinin və davamlı tərəqqinin mühüm şərtlərindən olan sabitliyin keşiyində bundan sonra da əzmlə dayanacaq, asayişin və təhlükəsizliyin təmin olunması, vətəndaşlarımızın qanuni mənafelərinin hüquqazidd əməllərdən müdafiəsi kimi ümdə vəzifələrin öhdəsindən layiqincə gələcəklər.
Novruz bayramı münasibətilə daxili işlər orqanlarının bütün şəxsi heyətini, həmçinin hörmətli veteranlarımızı, şəhid olmuş əməkdaşlarımızın və hərbi qulluqçuların ailə üzvlərini ürəkdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, bahar əhval-ruhiyyəsi, xidmətdə və şəxsi həyatda uğurlar arzulayıram!
Bayramınız mübarək olsun!

Ramil Usubov,
Azərbaycan Respublikasının
daxili işlər naziri,
general-polkovnik
18 mart 2019-cu il.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər