Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

02.04.2019

Unudulmayanlar...

Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Sabunçu Rayon Mühafizə İdarəsində də anım mərasimi keçirilib.
Torpaqlarımız uğrunda şəhid olan oğul və qızlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra tədbiri giriş sözü ilə açan polis polkovniki Əşrəf Allahyarov soyqırımı aktını xalqımıza qarşı törədilən ən qanlı cinayət kimi səciyyələndirdi. Qeyd edildi ki, " 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirilib. Bakıdan başlanan qətliam bütün ölkəni əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edildi, minlərlə dinc insan yalnız milli mənsubiyyətinə görə məhv edildi, milli memarlıq inciləri, hətta məscidlər yandırılıb dağıdıldı.

Erməni vandalizminin, azərbaycanlılara qarşı soyqırımı siyasətinin gizlədilməsindən, ona lazımi qiymət verilməməsindən söhbət açan idarə rəisi müxtəlif illərdə törədilən qırğınların vurduğu maddi və mənəvi ziyanı araşdırmaq üçün ilk milli cümhuriyyətimiz tərəfindən fövqəlada təhqiqat qrupunun yaradıldığını, həmin faktların bu gün tarixşünaslığımız üçün əvəzsiz olduğunu deyərək, qanlı faciələrlə bağlı ən tutarlı sənədin 80 il sonra qəbul edildiyini xatırlatdı.

Rəis müavini, polis polkovnik-leytenantı Sahib Cəfərli dedi ki, əgər tarixin təkrar olunmasını, torpaqlarımızın yenidən işğal edilməsini istəmiriksə, gənclərimizi vətənpərvər ruhunda böyütməli, ona düşmənini də tanıtmalıyıq.
Digər çıxış edənlər son iki əsrdə Qafqaza terroru gətirənlərin də məhz erməni millətçiləri olduqlarını və bu gün işğal olunmuş Azərbaycan torpaqlarının bir çox terror təşkilatlarının paliqonuna çevrildiyini vurğuladılar.
Tədbirə yekun vuran Ə.Allahyarov dünyada söz sahibnə çevrilən ölkəmizin siyasi dayaqlarının günü-gündən möhkəmləndiyini, erməni yalanının ifşa edildiyini, Azərbaycan həqiqətlərinin qəbul edilməsini Prezidentimizin siyasi uğuru kimi qiymətləndirdi və yaxın gələcəkdə işğal olunmuş torpaqlarımızın azad ediəcəyinə inamını ifadə etdi.

H.Təmirov,
polis mayoru

Geriyə Çap et


Faydalı keçidlər
Linklər