Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

05.04.2019

Daha bir qələbə ünvani - lələ təpə

Radiolar susmur, xəbərlər-xəbərləri əvəz edir. Televizor ekranından gözlərini çəkməyən insanlar özlərini bütövlükdə bu xəbərlərə həsr edib...

Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq, bütün cəbhə boyu Azərbaycan ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qaldı. Düşmən qoşunların təmas xəttində silahlı təxribatlar törətdi. Bu zaman dinc əhaliyə də hücumlar olundu. Azərbaycan ordusu şəhid verdi, mülki əhali arasında da ölən və yaralananlar oldu. Və ordumuz düşmən hücumlarına cavab verdi. Həm də necə... İki min hektardan artıq ərazi işğalçılardan təmizləndi. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yaradan Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam azad edildi.

Qəhrəman oğullarımız Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" yüksəkliyinə Azərbaycan bayrağını sancdılar.
Aprel döyüşlərində Vətən böyük bir qəhrəmanlığa imza atdı, Vətən həm də qeyrətli, igid övladlarının şücaətinin şahidi oldu.
Belə bir deyim var: "Heç kim qəhrəman kimi doğulmur. Qəhrəmanlar döyüşdə doğulurlar". Bu baxımdan üç il öncə, elə təbiətin bu gözəl çağında dünyaya “Aprel qəhrəmanları” doğuldu, “Aprel şəhidləri” haqq dünyasına qovuşdu, dünya bir daha Azərbaycanı, onun yenilməz sərkərdəsini tanıdı...

Ruhiyyə Əliyeva,
polis leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər