Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanı

Xəbərlər

10.04.2019

On milyonun zirvəsində...

Ailəmizin, yaxınlarımızın xoş və acı xəbərlərini biz polislər xidmət başında eşidirik. Çoxumuz buna adətkar olmuşuq. Bəlkə də on milyonuncu vətəndaşımızın-Mehribanımızın atası Rauf Həsənovun: “Özüm polis serjantıyam. Xidmət başındayam. Dostlarım mənə xəbərləri göndərdilər. Oxudum, sevincimin həddi-hüdudu yoxdur” fikri sizlərə qəribə gələr. Onu, övladının dünyaya gəlişindən xəbər tutmayıb deyə, qınayanlar da tapılar.
Ancaq...
Polis olmaq ömrünü ömürlərə fəda etməkdir. Polis olmaq dünyaya gələn övladının “inqə” səsindən əvvəl “kömək edin”,-deyib can çəkişən, haqqı tapdanan, halal malına xain göz dikilən birinin dadına yetişməkdir. Polis olmaq onu həyatdan bircə göz qırpımında ayıran ölümlərə meydan oxumaqdır...
Sayımızın on milyona çatmasına dostlar sevindi, düşmənlər kədərləndi. Əslən işğal altındakı Ağdərədən olan cütlüyün Bakıda, özü də qələbə ayımız olan Apreldə övladının dünyaya gəlməsi çox da uzaqda olmayan qələbəmizdən soraq verir. Bu gün işğaldan azad olunmuş torpaqlarımızda-Horadizdə, Cocuq Mərcanlıda dünyaya göz açanlar düşmənə göz dağıdırlar…
Əslində, Azərbaycanda on milyonuncu əsgər və on milyonuncu sülh carçısı doğuldu. Qədəmlərin mübarək, balaca. Qədəmlərin mübarək, polis övladı...
P.S. Bəlkə bu da bir təsadüfddür. Doqquz milyonuncu vətəndaşımız da polis övladı idi…
Ətraflı “Asayişin keşiyində” jurnalında.

H.Təmirov,
polis mayoru

Geriyə Çap et


Faydalı keçidlər
Linklər