Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanı

Xəbərlər

12.04.2019

Vətənimizin etibarli müdafiəsi üçün…

Bu gün ordu quruculuğu baxımından Azərbaycan dünyanın güclü ölkələrindəndir. Daha dəqiq desək, sonuncu reytinqə əsasən, Azərbaycan Ordusu dünya miqyasında öz potensialına görə 52-ci yerdədir. Son 15 ildə Azərbaycan Ordusunun modernləşdirilməsi və hərbi qüdrətinin artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ordu quruculuğu uğurla aparılır, yeni silah və hərbi texnika alınır, hərbi qulluqçuların sosial müdafiəsi istiqamətində kompleks tədbirlər görülür.

Hərbi hissələrdə şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində quruculuq-abadlıq işləri bu ilin ilk rübü ərzində də davam etdirilib. Belə ki, yanvarın 22-də mühəndis və kimya hərbi hissələrində yeni istifadəyə verilən obyektlərin açılışı olub. Mühəndis-istehkam hərbi hissələrinin yerinə yetirdiyi vəzifələr, bu bölmələrin texniki baxımdan təkmilləşdirilməsi və döyüş potensialının artırılması üçün müasir texnikalar alınaraq qoşunların təminatına verilib. Hərbi əməliyyatların mühəndis təminatının yerinə yetirilməsi zamanı tətbiq olunan müxtəlif növ texnikanın saxlandığı park, şəxsi heyətin hazırlığı üçün nəzərdə tutulan taktiki sinif otaqları, digər inzibati tikililər müvafiq avadanlıqlar və əyani təbliğat vasitələri ilə tam təchiz edilib. Bundan başqa, istifadəyə yeni qərargah, əsgər yataqxanası və yeməkxana verilib.

Yanvar ayının 30-da Hərbi Hava Qüvvələrinin cəbhəboyu zonada yerləşən hissələrində şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi məqsədilə yeni yaşayış kompleksləri istifadəyə verilib. Ərazidə əsgər yataqxanaları, yeməkxanalar, sinif otaqları, tibb məntəqələri, mətbəxlər, qazanxanalar, anbarlar, eləcə də digər xidməti və inzibati obyektlər müasir standartlara uyğun tikilib.

Fevralın 1-də cəbhəboyu zonada yeni inşa edilməkdə olan bir neçə hərbi obyektlərdə tikinti işləri aparılıb.

Aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi hissəsində yenidənqurma işləri aparılıb. Hərbi hissənin ərazisində qərargah binası, yeməkxana, əsgər yataqxanası yenidən qurulub, müasir təlim mərkəzləri yaradılıb. Eyni zamanda, burada xidmət edən ailəli hərbi qulluqçular üçün yeni yaşayış binaları, subay hərbçilər üçün isə müasir tələblərə cavab verən yataqxanalar inşa olunub.

DİN-in Daxili Qoşunları da ölkəmizdə geniş vüsət alan quruculuq-abadlıq prosesindən kənarda qalmayıb. Hərbi qulluqçuların döyüş hazırlığının yüksəldilməsi, döyüş qabiliyyətinin müasir standartlara cavab verməsi, habelə sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə 80 mənzilli zabit yataqxanası əsaslı təmir olunub. Bundan başqa, açılışı nəzərdə tutulan yeni hərbi şəhərcikdə genişmiqyaslı tikinti işləri davam etdirilib, yerlərdəki hərbi hissələrdən birində YSM anbarı və kazarmada sanitar qovşaqlar, digər hərbi hissədə əsgər yeməkxanasında qabyuma sexləri, o cümlədən yardımçı otaqlar əsaslı təmir olunub. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşlərdə şəhid olmuş hərbi qulluqçularının əziz xatirəsinə Şəhidlər xiyabanında yeni memorial abidə kompleksinin yaradılması da birinci rüb ərzində görülən işlərdəndir. 

Yaradılan hərtərəfli şərait bir məqsədə-şəxsi heyətin qarşısında duran xidməti-döyüş tapşırıqlarının daha keyfiyyətlə yerinə yetirməsinə xidmət edir.

Teymur Əlizadə,

polis kapitanı

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər