Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

24.04.2019

Dünyanin Azərbaycan gerçəkliyi

Bu ilin ilk rübündə də ölkəmizin iqtisadiyyatı dinamik inkişafını davam etdirmişdir. Ayrı-ayrı sahələr üzrə nəticələr belədir:
2019-cu ilin yanvar-mart aylarında ölkəmizdə 18 milyard 111,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çox ümumi daxili məhsul istehsal edilib. ÜDM istehsalının 46 faizi sənayenin, 10,2 faizi ticarət, 6,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,5 faizi tikintinin, 2,8 faizi kənd və meşə təsərrüfatı, balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə, 16,4 faizi digər sahələrin payına düşüb.
Ölkə iqtisadiyyatında həyata keçirilən islahatlar, qeyri-neft sektorunun inkişafına təkan verib. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-fevral ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 16,5 faiz artıb.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15,6 faiz artıb. Sənaye məhsulunun 71,7 faizi mədənçıxarma, 22,9 faizi emal, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

İlin ilk 3 ayı sənaye istehsalında artım özünü göstərməkdədir. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar-mart aylarında 11,5 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz çox sənaye məhsulu istehsal edilib.
İlin ötən dövrü Azərbaycanın xarici ticarətinin artması baxımından da əlamətdardır. Bu dövrdə respublikamızın hüquqi və fiziki şəxsləri dünyanın 144 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 86 ölkəyə məhsul ixrac edilib, 138 ölkədən isə idxal olunub.
Ölkəmizdə əhalinin gəlirləri 5,5 faiz artıb.


Aytəkin Nəcəfova,
polis polkovnik-leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər