Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

05.05.2019

Ulu Öndərin xatirəsinə həsr olunmuş yariş keçirilib

DİN İdman Cəmiyyətində ulu öndərin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş cüdo üzrə yeniyetmələr və gənclər arasında yarış keçirilib.

Tədbirdə ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

DİN İdman Cəmiyyətinin sədri, Olimpiya, dünya və Avropa çempionu, polis polkovniki Zemfira Meftaxetdinova ulu öndər Heydər Əliyevin idmana və idmançılara dövlət səviyyəsində göstərdiyi qayğıdan bəhs edərək, bildirib ki, xalqımızın ümummilli lideri ölkəmizdə idmanın yüksək səviyyədə inkişaf etməsi üçün geniş imkanların yaradılmasında əlindən gələni əsirgəməyib. Bunun nəticəsidir ki, idmançılarımız yarışlarda yüksək nailiyyətlər qazanıb, bayrağımızı zirvələrdə dalğalandırıblar. Gənclərə dövlət qayğısı bu gün də davam və inkişaf etməkdədir. Ölkəmiz möhtəşəm idman tədbirlərinə evsahibliyi edir, dünyada idman ölkəsi kimi tanınır. Təbii ki, bu uğurların qazanılmasında daxili işlər orqanlarında xidmət edən idmançı əməkdaşların da payı var.

Daha sonra yarışlara start verilib.
İdman Cəmiyyətinin sədr müavini, polis polkovniki Elçin Rüstəmov qaydalar barədə məlumat verib.
Birincilikdə 4 yaş qrupunda müxtəlif çəki dərəcələri üzrə 100-ə yaxın idmançı öz gücünü sınayıb.
DİN İdman Cəmiyyəti Cüdo bölməsinin baş məşqçisi Zakir Kərimovun yetirmələri yüksək fiziki və texniki bacarıq nümayiş etdiriblər.
Yarışları Z.Kərimov, E.Bağırov, A.Həşimov və E.Məmmədov idarə ediblər.

Zeyni Hüseynov,
polis serjantı

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər