Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

11.05.2019

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən

İstefada olan polis general-mayoru Rəsul Rəsulovun 80 yaşı tamam oldu.
Bu münasibətlə mayın 11-də respublikanın Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov yubilyarı qəbul edərək onu təbrik edib.

R.Rəsulovun mənalı həyatının yarıdan çoxunu daxili işlər orqanlarında xidmətə həsr etdiyini xatırladan nazir, onun bu müddətdə məsul vəzifələrdə qüsursuz xidmət etdiyini, daxili işlər orqanları üçün dövlətinə, xalqına sadiq ali hüquq təhsilli, yüksək ixtisaslı gənc kadrların hazırlanmasında, DİN-in Polis Akademiyasına uzun müddət bacarıqla rəhbərlik edərək kursant və dinləyicilərə ciddi intizam, mənəvi mətinlik və fiziki dözümlülük aşıladığını, gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsindəki önəmli rolunu məmnunluqla qeyd edib.
Sonda nazir R.Usubov yubilyarı bir daha təbrik edərək anadan olmasının 80 illiyi ilə əlaqədar imzaladığı DİN-in “Fəxri Fərman”ını ona təqdim edib.
Səmimi qəbula, barəsində deyilən xoş sözlərə və mükafata görə minnətdarlığını bildirən R.Rəsulov öz bilik və təcrübəsinin gənc polis əməkdaşlarına çatdırılması, onların Vətənə və xalqa sədaqət ruhunda tərbiyə olunması üçün bundan sonra da öz səylərini əsirgəməyəcəyini bildirib.

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər