Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

12.05.2019

Avropanin ən güclüləri sirasinda

Mayın 10-12-də Rusiyanın Sankt-Peterburq şəhərində Pauerliftinq üzrə Avropa çempionatı keçirilib. Qitənin 15 ölkəsindən 300-dən çox idmançının qələbə uğrunda mübarizə apardığı bu yarışda milli komandamız da təcrübəli idmançılarla təmsil olunub.
Ölkəmizin yığma komandasının tərkibində təmsil olunan Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis baş leytenantı Ədilə Qurbanova yarışın favoritləri sırasında olub.

Qadınlar arasında ştanqı qurşağadək dartma (deadlift) hərəkətində çıxış edən təmsilçimiz ümumilikdə 152,5 kiloqram ağırlığı qaldıraraq yarışın qızıl medalını qazanıb.

Xatırladaq ki, polis baş leytenantı Ədi¬lə Qur¬ba¬no¬va idmanın ka¬ra¬te və pa¬uer¬lif¬tinq¬ növləri ilə məşğul olur. Səkkizqat respublika çempionu olan təmsilçimiz 2 dəfə dünya kubokunun sahibidir. Beynəlxalq turnirlərdə dəfələrlə fəxri kürsünün ilk pilləsinə yüksəlib. Pauerliftinqdə 3 dəfə respublika birincisidir.

Zeyni Hüseynov,
polis serjantı

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər