Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanı

Xəbərlər

27.05.2019

Hüquqlar qorunur, dəyərlərə hörmətlə yanaşılır

“İnsan hüquqlarının qorunması bəşəriyyətin can atdığı ali ideallardandır. Dövlət və cəmiyyət tərəfindən pozula bilməyən sabit insan və vətəndaş hüquqlarının təşkili və təmini həmin cəmiyyətdə demokratiyanın, sivil dəyərlərin əsas göstəricilərindən biridir. Bu sahədə əhəmiyyətinə görə ən mühüm sənəd BMT Baş Məclisinin 1948-ci ildə qəbul etdiyi “İnsan hüquqları Bəyannaməsi”dir. 1941-1945-ci illər müharibəsindən sonra qəbul edilmiş bəyannamədə insan hüquqlarının toxunulmazlığı başlıca prinsip kimi önə çəkilir”.

Bu fikirlər Qubadlı RPŞ-nin təşkilatçılığı ilə rayonun Sumqayıtda məskunlaşan Mirağa Əliyev adına Hal kənd orta məktəbində insan hüquqları aylığı çərçivəsində keçirilən tədbirdə səsləndi.
RPŞ rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis mayoru Tural Namazov bildirdi xalqımız insan hüquq və azadlıqları kimi yüksək dəyərləri qoruyub-saxlamaqla yanaşı, həm də multikultural ənənələrə sadiqliyini nümayiş etdirmişdir.
Azərbaycan bütün beynəlxaq təşkilatların fəal üzvü olmaqla insan hüquq və azadlıqlarını qoruyan sazişlərə, konvensiyalara qoşulub. Bununla da gənc dövlətimiz öz sülhsevər mövqeyini, dilindən, dinindən, irqindən asılı olmayaraq, bütün insanların hüquqlarının qorunduğu ölkə olduğunu dünyaya bəyan edib. Ölüm hökmünün də Şərqdə ilk dəfə Azərbaycanda ləğv edilməsi insan hüquq və azadlıqlarına, humanizm prinsiplərinə onun sadiqliyini bir daha təsdiqləyib.

İnsan hüquqlarının müdafiəsi üçün ölkədə güclü hüquqi baza yaradılıb, işlək mexanizmi təkmilləşdirilir.
Rəisin xidmət üzrə müavini, polis polkovnik-leytenantı İlham Rəsulov qeyd etdi ki, hələ o zaman beynəlxalq təşkilatların qapısını kəsdirib, utanmadan ölkədə insan hüqlarının pozulmasından dəm vuran üzdəniraq “demokratiya fədailəri”, “insan hüquqlarının cəfakeşləri” həmin vaxt ölüm hökmünün ləğvindən sonra ölkədə kriminogen durumun gərginləşəcəyini, cinayətkarlığın tüğyan edəcəyini car çəkməklə, cəmiyyətə çaşdırıcı təsir göstərməyə çalışırdılar. Amma ulu öndərin insanpərvər addımları bütün bu deyilənlərin populizmdən başqa bir şey olmadığını göstərdi. Bu sahədə keçirilən tədbirlər, əldə olunan nailiyyətlər ümummilli liderimizin bir daha haqlı olduğunu təsdiq etdi. Əksinə, ağır cinayətlərin sayı daha da azaldı, kriminogen durum nəzarətdə saxlanıldı, müstəqil dövlətimizin demokratik, humanist imici bütün dünyaya məlum oldu.
Məktəbin direktoru Sərvər Alırzayev, direktor müavini Səidə Paşayeva, polis leytenantı Rauf Qələndərov və digər çıxış edənlər “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərmandan sonra “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiqlənməsini ölkəmizin mövcud sahəyə verilən önəmin bariz nümunəsi olduğunu qeyd etdilər.

Hafiz Təmirov,
polis mayoru

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər