Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

07.06.2019

Maarifləndirək ki...

Narkomaniya ilə mübarizəyə həsr olunmuş tədbirin növbəti ünvanı Sumqayıtdakı 12 nömrəli orta məktəb idi. Şəhər Polis İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbiri açıq elan edən məktəbin direktoru Reyhan Babayeva qonaqları təqdim etdikdən sonra polisin bu istiqamətdə gördüyü işlərin ictimaiyyət tərəfindən dəstəkləndiyini, təqdir olunduğunu dedi.
Qeyd olundu ki, bəla ilə mübarizə dövlət siyasətinin prioritetidir. Sağlam gəncliklə ölkənin dayaqlarının möhkəmlənməsi uğrunda bu gün hər bir qurum üzərinə düşəni məsuliyyətlə yerinə yetirmək üçün çaba göstərir, qarşılıqlı əlaqələr möhkəmlənir.

“Bu günlərdə əvvəllər məhkum olunmuş Salyan sakininin narkotik vasitə almaq üçün 11 yaşlı oğlunu da özü ilə aparması xəbərini çoxunuz eşitdiniz. Onun tutulması istiqamətində keçirilən tədbirlər zamanı azyaşlının hansı psixoloji vəziyyətə düşdüyünü yəqin ki, təsəvvür etdiniz. Öz çirkin niyyətinə övladını da qurban edənlərə valideyn demək olarmı? Narkomanlar, narkotacirlər üçün övlad, ailə anlamı yoxdur. Deməli, bu hisslərdən məhrum olanlar Vətəni də bir göz qırpımında sata bilərlər. Polisin məqsədi bu gün cəmiyyətimizi hörümçək toru kimi sarıb narkomaniya adlı bəlaya gəncləri düçar edənlərlə ciddi mübarizə aparmaq, onların kökünü kəsməkdir. Bu heç də asan olmur. Onlarla mübarizədə həmkarlarımız hətta həyatlarını belə qurban verirlər. Bunu siz gənclərin bilməyi vacibdir. Əgər Vətənə gərəkli övlad olmaq istəyirsinizsə, o zaman, bütün zərərli vərdişlərdən uzaq durmalısınız”,- deyən Şəhər Polis İdarəsinin rəisi, polis polkovniki Nəriman İmanov şagirdlərə dərslərində uğurlar arzuladı.

Həkim-narkoloq Vüsal Cabbarov narkomanlığın genefondumuza ağır zərbə vurduğunu, onun doğurduğu təhlükələri hərtərəfli qiymətləndirməyin və mübarizə tədbirlərinin əlaqələndirilmiş formada aparılmasının vacibliyinə diqqət çəkdi.
ŞPŞ Veteranlar Şurasının sədri Rustavan Əliyev sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirmə işnin və narkotiklərə qarşı polisin apardığı mübarizənin əhəmiyyətini qeyd etdi.
ŞPŞ Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Yaqub Baxşəliyev və digər çıxış edənlər dedilər ki, Azərbaycanı gözü götürməyənlər bu vasitə ilə də kriminogün durumu dəyişməyə, cinayətkar əməllərin çoxalmasına çalışırlar.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı, onlara narkomaniyanın zərərlərini əks etdirən bukletlər paylanıldı.

Hafiz Təmirov,
polis mayoru

Geriyə Çap et


Faydalı keçidlər
Linklər