Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

14.06.2019

Qüdrətli xalqın oğlu

Dövlət müstəqilliyinin bərpasından sonrakı ilk illərdə xarici təcavüzlə, daxili siyasi-iqtisadi böhranla üzbəüz qaldığımız dövrdə ölkənin xilası naminə xalqın təkidi ilə hakimiyyətə qayıdan ulu öndər dərin zəkası, müdrik siyasəti, zəngin idarəçilik təcrübəsi ilə dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas etdi.

Azərbaycan indi dünyada etibarlı tərəfdaş, qlobal enerji təhlükəsizliyi sistemində əvəzolunmaz yeri olan bir ölkə kimi tanınır. Cəmiyyət həyatında sabitliyin qorunması, asayişin bərpası dövlətçiliyin təməl prinsiplərindən birinə çevrilib. Ölkəmiz bu gün iqtisadi yüksəliş tempinə görə dünyanın aparıcı ölkələri ilə bir sırada dayanır. Abadlıq, quruculuq işləri genişlənir, iritutumlu sosial infrastruktur layihələri həyata keçirilir. Uğurla gerçəkləşdirilən islahatların bəhrələri xalqımızın gündəlik həyatında, maddi rifah halında açıq-aydın hiss olunur. Bütün bunlar gərgin zəhmətin, qətiyyətli siyasi iradənin, ardıcıl, yüksək təşkilatçılıq və idarəçilik fəaliyyətinin nəticələridir.

Bu dayanıqlı inkişafı gözü götürməyən xarici ölkələrin xüsusi xidmət orqanlarının təhriki ilə dövlət çevrilişi cəhdləri, terror aksiyalarına hazırlıq baş versə də onların qarşısı hər zaman qətiyyətlə alınıb. Bu, həmişə belə olub, indi də belədir. Ulu öndərin Vətəni müdafiə üçün başladığı müqəddəs işi bu gün qüdrətli Ali Baş Komandanın rəhbərliyi ilə nəinki regionun, hətta dünyanın ən mobil və ən döyüşqabiliyyətli ordularından sayılan Azərbaycan Silahlı Qüvvələri şərəflə və cəsarətlə davam etdirir. Bu gün ölkə başçımızın yürütdüyü daxili və xarici siyasətin əsas hədəfləri xalqımızın azad, təhlükəsiz və firavan yaşaması, Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüquq normaları əsasında həll olunması, qaçqın və məcburi köçkün soydaşlarımızın ata-baba yurdlarına qayıtmasıdır.

Qoyulan məqsədlərin reallığa çevrilməsi heç bir şübhə doğurmur, çünki möhtərəm Prezidentimizin də haqlı olaraq qeyd etdiyi kimi, müstəqil Azərbaycan heç vaxt indiki kimi, güclü, qüdrətli və özünəinamlı olmamışdır.

Aytəkin Nəcəfova,
polis polkovnik-leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər