Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanı

Xəbərlər

04.07.2019

Polis günü yeni inşa edilən şöbə və bölmələrin açilişi olub

İyulun 2-də polis əməkdaşlarının peşə bayramı günü Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi, Xəzər və Binəqədi rayonlarında yeni yaradılan Binə və Binəqədi qəsəbəsi polis bölmələrinin, eləcə də Yasamal rayonunda Sosial Evlərin ərazisində polis sahə məntəqəsinin inşa edilmiş inzibati xidməti binalarının açılışı olub.

Tədbirdə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov, DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, polis general-mayoru Elçin Həsənov, idarə və şöbə əməkdaşları, habelə qeyd edilən rayonların icra hakimiyyətinin rəhbər şəxsləri də iştirak ediblər.

Açılış mərasimlərində çıxış edən, polis general-mayoru Mirqafar Seyidov qeyd edib ki, yeni inzibati binaların istifadəyə verilməsi Prezident İlham Əliyevin şəxsi heyətə ali diqqət və qayğısının növbəti əyani təzahürüdür.
Məlumat verilib ki, inşa edilən binaların hər biri müasir standartlara uyğun olan zəruri avadanlıq, inventar və kommunikasiyalarla təchiz edilib, yardımçı otaqlar və idman zalları istifadəyə verilib, həyətlərdə su anbarları tikilib. Binalarda havalandırma, mərkəzi istilik sistemi, qazanxana, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılıb. Ərazilərdə abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib.


Tədbir iştirakçıları yeni binaların Növbətçi hissələrinə, xüsusi avadanlıq və kompüter sistemi ilə təchiz edilmiş xidməti otaqlara baxıblar. Sonda iştirakçılar binalarda ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi sahəsində əvəzsiz fəaliyyətini, Prezident İlham Əliyevin daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən fotostendlərlə tanış olublar.

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər