Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanı

Xəbərlər

15.07.2019

Polis Akademiyasinda ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib

İyulun 15-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə DİN-in Polis Akademiyasında tədbir keçirilib.

Əvvəlcə ulu öndərin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə Daxili İşlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev qonaqlar, akademiyanın şəxsi heyəti və kursantlar qarşısında giriş sözü ilə çıxış edib. O, qeyd edib ki, 1969-cu ildən Azərbaycana rəhbərlik edən Heydər Əliyev qüdrətli dövlət xadimi, mahir siyasətçi kimi məmləkətini nəinki keçmiş SSRİ-də, hətta dünyada sivil bir respublika kimi tanıdıb, milli varlığımızı beynəlxalq aləmə nümayiş etdirib.

Ulu öndərin respublikamıza birinci rəhbərliyi müddətində hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının inkişafı və milliləşməsi istiqamətində də böyük bir fəaliyyət ortaya qoyduğunu xüsusi vurğulayan nazir müavini qeyd edib ki, həmin illərdə Daxili İşlər Nazirliyinə dövlət qayğısı güclənib, əməkdaşların vətənpərvərlik, milli-mənəvi dəyərlər ruhunda təlim-tərbiyəsinə, peşəkarlığının yüksəldilməsinə, xalqa, vəzifə borcuna sədaqətli kadrların irəli çəkilməsinə önəm verilib. Bütövlükdə, Azərbaycana ilk rəhbərliyi dövründə, Heydər Əliyev, Sovet İttifaqı tərkibində bugünkü müstəqil dövlətimizin ilkin əsaslarını formalaşdırıb.

Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin professoru Nuru Məmmədov diqqətə çatdırıb ki, ulu öndərin rəhbərliyi ilə Azərbaycan 1993-cü ildən sonrakı on il ərzində böyük və şərəfli yol keçib. 1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi yaddaşlarda və tarixdə qalıb. Bu illər ərzində dövlətçiliyin əsasları qoyulub. Nazir müavini görkəmli dövlət xadiminin 1993-cü ildə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra əldə olunan nailiyyətlərdən danışaraq bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, respublikamızın həm də beynəlxalq aləmdəki mövqeyinin günü-gündən möhkəmləndiyini vurğulayıb.
Mərasimin sonunda ulu öndərin zəngin həyat və siyasi fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olunub.


15 iyul 2019-cu il.

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər