Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

14.08.2019

Mənəvi ucalıq...

Rəhim Rəhimov adlı sosial şəbəkə istifadəçisinin yazdığı: “Bu gün anamla Bakıya gedirdim. Maşını yolun kənarına çəkdim, altı dəydi, usta tapıb düzəltdirdim. Ciddi bir iş yox idi, xamut çıxmışdı, ancaq benzin çox axdı və yanacaqdoldurma məntəqəsinə çatmamış qurtardı. "Nəvahı" postunun Tural adlı polis baş serjantı öz maşını ilə gedib mənə təmənnasız benzin alıb gətirdi. Benzini maşına tökdü və məni yola saldı...”

Avqustun 4-də Sədərək ticarət mərkəzində baş vermiş yanğın zamanı da DİN əməkdaşları əsl qəhrəmanlıq nümayiş etdirdilər. Onlar ölümlərini gözə alaraq yanğından zəhərlənmiş şəxslərin həyatlarını xilas etdilər. Hətta yanğında zərər görmüş vətəndaşların anbardakı mallarının daşınmasında da yaxından köməklik göstərdilər. Bu bir daha Azərbaycan Polisinin andına sadiqliyinin bariz nümunəsidir.

Maraqlıdır. Saatlarla sosial şəbəkələrdə oturub onun-bunun sifarişi ilə Azərbaycan Polisinin fədakar xidmətinə, adına, nüfuzuna qarayaxanlar, xələl gətirmək istəyənlər nə üçünsə polisin xeyirxah, nəcib əməlini görəndə itirlər, yoxa çıxırlar. Yaxud da, buna kölgə salmaq üçün tutarlı söz tapmayıb, atmacalar yazırlar. Niyə? Səbəb nədir? Məgər, sən bu Vətənin övladı deyilsən? Sözüm polis əməkdaşlarının bu mənəvi ucalığını, insanlıq nümunələrini görməzdən gəlib dilə gətirmək istəməyən vicdanını özgələrinə satan “özümüzkülərədir”. Belələrinə nə ad vermək olar? Bu yerdə görkəmli şair, dramaturq, tərcüməçi Abbas Səhhətin “Vətən” şerinin son iki misrası yadıma düşdü.
Vətəni sevməyən insan olmaz,
Olsa, ol şəxsdə vicdan olmaz.
Deməli, bu adamların ya vicdanı yoxdu, ya da Vətəninin hara olduğu bəlli deyil.

Teymur Əlizadə,
polis kapitanı

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər