Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

08.09.2019

Günəş Xəzərdən, “Xəzri”dən doğur

“Koroğlu” metrostansiyasının yaxınlığından 171 nömrəli avtobusla getmək olar. Əgər daha tez çatmaq istəyirsinizsə, o zaman taksilərə müracət edin. Bir nəfərin gediş haqqı iki manatdır.
“Xəzri” deyəndə ağıla ilk gələn istirahət olur. “Xəzri”yə necə getmək olar, sualı ilə insanlara müraciət edəndə bir daha şahidi oldum ki, ünvanını unutmayıblar, o xoş xatirələrdə qalıb, kimlər üçünsə əsl nostalgiyadır…
“Buzovnaya gedirsiniz” deyəndə orta yaşlı, günün istisindən başındakı günlüyü bozarmış taksi süücüsü: “Əşi, denən “Xəzri”yə gedirəm də”,-deyib gülümsədi.
-Hardan bildiniz?
-Bu yoldaşlar da ora gedirlər.
-Siz də gələndə ürəyimdə dedim ki, qardaş da yəqin ora gedir. Zənnim məni aldatmadı. Neçə illərdir yollardayam. Yay oldumu yolum, demək olar ki, hər gün “Xəzri”yə düşür. Hamı tərifləyir.
-Nəyini tərifləyirlər? Şuvalanda istirahət məkanları nə çox. Bəlkə reklam edirlər.
Qardaş, biz neçə illərdir ki, ora istirahətə gedirik,-deyib söhbətə qoşulan yol yoldaşımın, deyəsən, ürəyi dolu idi.
-Düzdür, gözəl məkanlar var. Ancaq orada ailəvi istirahət üçün yaradılan şəraiti gözlərinizlə görsəniz, mən inanıram ki, siz xaricə yox, elə hər yay “Xəzri”yə üz tutacaqsınız.
“Ən əsası, təmizliyə söz ola bilməz. Milli və xarici ölkələrin mətbəxinin yeməklərinin dadı isə “Xəzri”də bir başqadır”.
Mərkəzə daxil olmaq üçün sənədlərimizi komendant xidmətinin əməkdaşına təqdim edirik. Qeydiyyat aparılır.
“Xəzri”də insanları ilk salamlayan həmişəyaşıl “Eldar şamları”dır. Xəzərin xəzrisini, giləvarını, bir sözlə, təmiz havasını ciyərlərinə çəkən bu ağacların altında sübh tezdən gəzməyin, ciyərdolusu nəfəs almağın bir ayrı ləzzəti var. Əbəs yerə deməyiblər: “Sağlamlıq təmiz havadan və sudan başlayır”…

Ardı var.

Hafiz Təmirov,
polis mayoru

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər