Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

12.09.2019

Yaxin, uzaq... pirallahı

Pirallahı adasını sahillə cəmi bircə körpü birləşdirir. Deməli, bu yaxın-uzaq adada yaşamaq da, işləmək də həm çətin, həm də özəl və gözəldir.

Son illər adanın siması tamam dəyişib. Elə körpüdən başlamış, RPŞ-nin inzibati binasınadək hər şey yenilənib, müasirləşib və göz oxşayan bir şəklə düşüb.
Dövlətimiz Azərbaycanda turizmin sürətli inkişafı, qısa müddətdə həyata keçirilən möhtəşəm layihələr və sosial-iqtisadi yüksəliş proqramından Pirallahı rayonu da nəsibini alıb.

Amma elə mənzərələr, elə görüntülər var ki, onu gərək gözlə görəsən. Gələrsiniz, görərsiniz.
Biz isə bu dəfə də foto-obyektivi polislərimizə tuşladıq. Çəkdik, söhbət etdik, sizin diqqətinizə çatdırdıq.
Tanış olun: Polis mayoru Səyavuş Quliyev və polis kiçik serjantı Əliqayıb Abbasov. RPŞ-yə gələn hər kəsi ilk olaraq onlar qarşılayırlar. Növbətçi hissədə xidmət edirlər və ən əsası, daxil olan hər bir məlumata operativ reaksiya verilməsi məqsədilə dəqiqləşdirmələr aparırlar, dərhal da rəhbərliyə çatdırırlar.
Post-Patrul Xidməti Bölüyünün komandiri, polis mayoru Vaqif Mehdiyev, sahə inspektoru, polis baş leytenantı İlham İsgəndərov, polis serjantları Ceyhun Nəcəfov və Teymur Yusifov xidmətlərini ərazidə həyata keçirirlər. Nəticə isə göz qabağındadır.
Üzeyir Muradov

Geriyə Çap et


Faydalı keçidlər
Linklər