Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

18.09.2019

Payız gəldi…

Məktəb illəri xatirələrlə, yadda qalan günlərlə doludur. Lakin mənim üçün ən unidulmazı ilk dəfə əlimə çanta alıb birinci sinifə getdiyim gündür. Körpə uşaq kimi məktəbə daxil olub, onu yetkin bir gənc kimi bitirdik…
Doğrudur, sonra bu hiss, həyəcan, nigarançılıq qarışıq maraq və gözləntilərimizi daha 10 il yaşadıq. Yaşaya-yaşaya da böyüdük – həm ağlımızla, həm də boyumuz və arzularımızla…
Üstündən illər keçib. İnanın, ilk dərs günü övladlarımı məktəbə aparanda yenə o günlərin xoşbəxtliyini yaşayıram. Sevinirəm onlar üçün, duyğulanıram, keçən həyatım, atalı günlərim üçün…
Bu yaxınlarda Polis Akademiyasında idim -yenicə kursant adını alan gənclər və onların valideynləri ilə görüşdə.
Bu coşqu mənə tanış idi. Həm də tələbə vaxtlarımdan…
Kim deyir ki, payız kədərli fəsildir. Əslində, payızı da, yazı da gözəlləşdirən, özəlləşdirən onda yaşananlardır…
Payız heç də kədərli fəsil deyil…
Məktəb müdriklik ocağımız, mənəvi beşiyimizdir. Məktəb bizim bu günümüz, sabahımız və gələcəyimizdir. Məktəbdə bizə təkcə oxumaq yox, yaşamağı, yaşatmağı.., Vətəni sevməyi öyrədiblər…

Ə.Ruhiyyə
REDAKSİYADAN: 2019-2020-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 milyon 525 min 16 şagird təhsil alacaq. Şagirdlərdən 714 min 259-u qız, 810 min 757-si isə oğlandır. Ümumtəhsil məktəblərinin I sinfində 164 min 234 şagirdin təhsil alacağı proqnozlaşdırılır.
Hazırda respublikada 322 ibtidai məktəb, 3 min 307 tam orta məktəb, 795 ümumi orta məktəb, 16 xüsusi tipli ümumi orta məktəb və 7 əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən 59 məktəb-lisey, 49 lisey, 15 gimnaziya və 14 inteqrasiya təlimli internat tipli gimnaziya olmaqla, ümumilikdə 4 min 447 məktəb fəaliyyət göstərir.
Yeni tədris ilinin əvvəlində Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılmış 43 məktəb binası şagirdlərin istifadəsinə veriləcək. Onlardan 20-si yeni tikilən, 8-i əsaslı təmir olunan, 15-i isə modul tipli məktəbdir. 2019-cu ildə ümumilikdə respublika üzrə 25 yeni məktəb binasının tikintisi, 9 məktəbin əsaslı, 253 məktəbin cari təmiri, 24 rayonda isə 3520 şagird yerlik 50 modul tipli məktəbin istifadəyə verilməsi nəzərdə tutulur.
2019-2020-ci tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5 milyon 668 min 865 nüsxə dərslik və metodik vəsait çap edilib.

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər