Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

24.12.2019

Təcrübə mübadiləsi diqqət mərkəzindədir

Dekabrın 25-də Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin rəhbərliyi ilə universitetin Hüquq və Beynəlxalq əlaqələr fakültəsinin bir qrup əməkdaşı Daxili İşlər Nazirliyinin Polis Akademiyasında olub.
Əvvəlcə qonaqlar və Akademiyanın rəhbərliyi ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Akademiyanın tədris korpusları, kursant yataqxanaları ilə tanışlıqldan sonra qonaqlar ulu öndərin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin öyrənilməsi və təbliğ olunması üçün bütün imkanların yaradıldığı Heydər Əliyev Mərkəzində olublar.

Qonaqlar Polis Akademiyasının fəaliyyətini əks etdirən sənədli filmə baxıblar.
Bakı Dövlət Universiteti rəhbərliyini DİN-in Polis Akademiyasında görməkdən məmnunluğunu diqqətə çatdıran polis general-mayoru Nazim Əliyev bildirib ki, DİN-in Polis Akademiyası ötən müddət ərzindən ölkə və DİN rəhbərliyinin ali diqqət və qayğısı sayəsində böyük bir inkişaf yolu keçib. Burada daxili işlər orqanları üçün ali hüquq təhsilli kadrlar hazırlanır, maddi-texniki baza ən müasir tələblərə cavab verir, MDB və dünyanın bir çox ölkələrinin analoji təhsil müəssisələri ilə əlaqələr inkişaf edir, təhsil, təcrübə mübadiləsinə ciddi diqqət yetirilir. N.Əliyev bünövrəsi qoyulan bu əməkdaşlığın kadr hazırlığının səviyyəsinin artırılmasında gələcək uğurlara təkan verəcəyinə əminliyini ifadə edib.

Rektor Elçin Babayev əsası 1919-cu ildə qoyulan Bakı Dövlət Universitetinin yaranmasının 100-cü ildönümündə ölkə rəhbərliyinin iştirakını tarixi hadisə adlandıraraq qeyd etdi ki, Azərbaycanı dünyanın ən aparıcı və mütərəqqi ölkələri sırasına çıxarmaq üçün aparılan siyasətin əsas prioritetlərindən biri təhsilin inkişafıdır və bu istiqamətdə ölkə rəhbərliyi tərəfindən mühüm işlər görülür. Əldə etdiyimiz uğurları davamlı etmək, hədəflərə çatmaq üçün sabitliyin əsas şərtlərdən biri olduğunu diqqətə çatdıran E.Babayev Polis Akademyasında təhsil alanların üzərinə böyük məsuliyyətin düşdüyünü, dünyada söz və nüfuz sahibinə çevrilən ölkəmizə həm daxildə, həm də xaricdən qara yaxanların, onun imicinə xələl gətirmək istəyənlərin qarşısına savadlı, peşəkar polis əməkdaşı, eləcə də Azərbaycan vətəndaşı kimi çıxmaq üçün onların daha hazırlıqlı olmalarını vurğuladı. Görüşdə əlaqələrin daha da sıxlaşdırılması, təhsil sahəsində təcrübə, birgə elmi, tədris və metodiki nəşrlərin reallaşdırılması, birgə elmi monoqrafiyaların və məqalələrin nəşri, tədris fənlərinin proqramlarının, iş planlarının hazırlanması və digər sahələrdə birgə əməkdaşlıq Protokolu imzalanıb.
Publisistika bölməsi

Geriyə Çap et


Faydalı keçidlər
Linklər