Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

26.12.2019

Qələbələrlə, zəfərlərlə zəngin bir il

Ölkə idmançılarına göstərilən yüksək diqqət və qayğıdan ruhlanaraq dövlətimizin idman şərəfini beynəlxalq aləmdə layiqincə qoruyanlar arasında daxili işlər orqanlarının idmançı əməkdaşları və DİN İdman Cəmiyyətinin yetirmələri də var. Yola salmaqda olduğumuz ildə əldə edilən uğurlu nəticələri DİN İdman Cəmiyyətinin sədri, Olimpiya, dünya və Avropa çempionu, polis polkovniki Zemfira Meftaxetdinova ilə izlədik:
Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən ali hakimiyyətə qayıdışından sonra bütün sahələrə artan diqqət və qayğıdan idmana da böyük pay düşür. Ölkə gənclərinə artan qayğı onlara cəmiyyətdə özünütəsdiq və potensiallarını reallaşdırmaq imkanları daha da genişləndirir. Azərbaycan gəncliyinin artan uğurları arasında onların dünyanın idman meydanlarında qazandığı daha əzəmətli, daha möhtəşəm qələbələr idman tariximizin şanlı səhifələrinə çevrilib. Yola salacağımız il böyük hadisələri ilə yadda qaldı. Sevindirici haldır ki, qaliblərimiz sırasında DİN İdman Cəmiyyətinin yetirmələri də ciddi uğurlar əldə etdilər.
DİN-in DQ-nin idman komandasının məşqçi-müəllimi, baş leytenant Ruslan Lunyov güllə atıcılığı üzrə “Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya əldə edib. DİN-in İdman Cəmiyyətinin inspektoru, polis baş leytenantı Kamran Məmmədov yunan-Roma güləşi növü üzrə, ƏÇPA-nın XTT-nin polis nəfəri, polis serjantı Ayxan Mamayev Karate Şotokan üzrə beynəlxalq turnirlərdə III yerə layiq görülüblər.
Bundan əlavə, NBPİ-nin CAİ-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Eduard Məmmədov, DQBİ-nin İdman komandasının məşqçi-müəllimi, baş leytenant İlqar Nəcəfli, Xəzər RPİ-nin PPXB-nin taqım komandiri, polis mayoru İlkin Səfərov, İdman Cəmiyyətinin inspektoru, polis baş leytenantı Elşən İbişov, Polis Akademiyasının Fiziki Hazırlıq kafedrasının məşqçi-müəllimi, polis leytenantı Natiq Eminov, Suraxanı RMŞ-nin polis nəfəri, polis serjantı Şənlik Talıbov, Dəmiryolu NPİ-nin sərnişin qatarlarının müşayiəti üzrə PPXB-nin polis nəfəri, polis serjantı Əli Həsənli, ƏÇPA-nın XTT-nin manqa komandiri, polis baş serjantı Orxan Şükürov, Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində polis şöbəsinin polis nəfəri, polis serjantı Elvin Qurbanov əlbəyaxa döyüşün müxtəlif növləri üzrə dünya və qitə çempionatlarında, dünya kuboku yarışlarında yüksək nəticələr əldə ediblər.
İsmayıllı RPŞ-nin növbətçi hissəsinin sürücüsü, polis baş serjantı Kamil Qafarov, BMİ-nin “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin mühafizəsi üzrə MŞ-nin polis nəfəri, polis serjantı Roman Əhmədov, Səbail RMİ-nin polis nəfəri, polis serjantı Razim Hüseynov pauerliftinq üzrə mötəbər yarışlarda ən güclülər sırasında yer alıblar.
Onlarla idmançı əməkdaş qitə və beynəlxalq miqyaslı yarışlarda iştirak edib, müxtəlif əyarlı medallar qazanıblar. DİN İdman Cəmiyyətinin yeniyetmə və gənc təmsilçiləri də bir sıra ünlü turnirlərdə ümüdverici qələbələr əldə ediblər. Ümüd edirik ki, yetirmələrimiz bundan sonra da ölkə idmanın şöhrətini uca tutacaq və yeni-yeni qələbə raportları ilə həmvətənlərimizi sevindirəcəklər.

Ruslan Vəliyev,
polis leytenantı

 

 

 

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər