Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

17.03.2020

Profilaktik tədbirlər görülür

Bu gün COVID-19 koronovirusu dünyada pandemiya elan olunub. Ölkəmizdə onun qarşısının alınması istiqamətində karantin tədbirləri həyata keçirilir.
Bütün dövlət qurumlarında və təşkilatlarında olduğu kimi Daxili İşlər Nazirliyinin inzibati binasında da bir sıra qabaqlayıcı profilaktik tədbirlər görülür, gündəlik olaraq dezinfeksiya işləri aparılır, sanitar-gigiyena qaydalarına riayət oluması ciddi nəzarətdə saxlanılır. Bundan başqa, Mərkəzi aparata daxil olan əməkdaşların hərarəti tibb işçiləri tərəfindən xüsusi aparatlar vasitəsilə yoxlanılır, onlar əllərini spirtlədikdən sonra xidməti otaqlara daxil olurlar. Görülən işlər bir məqsədə: vətəndaşların təhlükəsizliyinin keşiyində dayanan daxili işlər orqanları əməkdaşlarının sağlamlıq durumunun qorunub saxlanılmasına xidmət edir.

Ruhiyyə Əliyeva,
polis baş leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər